Nəşr edilmişdir 05/27/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Laçın kanat yolunun təməlini qoyub

Laçın kanat yolunun, Laçın kanat yolu, Laçın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Rəşad Nəbiyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın kanat yolunun təməlini qoyub.
Baki-baku.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Laçının füsunkar təbiəti, turizm imkanları nəzərə alınaraq rayonda turizm infrastrukturunun qurulmasına da xüsusi diqqət yetirilir. Bu məqsədlə yaradılan Laçın kanat yolu şəhərin Bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttinin uzunluğu isə 1720 metr olacaq, hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək. Kanat yolunun yerləşdiyi, uzunluğu 2 kilometrə yaxın olan Bulvar ərazisi bu gün həm yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
İşğaldan azad olunduqdan sonra qısa zamanda bərpa edilən Laçında çox mühüm sosial-infrastruktur layihələri həyata keçirilməkdədir. Bu xüsusda Laçında turizm infrastrukturuna xüsusi diqqət yetirilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Ən son

GÜNDƏM

Bakı Xəzərin sahilində, küləklərin nəğməsi ilə oyanan və elə küləklərin qoynunda gecənin qaranlığına gur işıqları

GÜNDƏM

Bakı Xəzərin sahilində, küləklərin nəğməsi ilə oyanan və elə küləklərin qoynunda gecənin qaranlığına gur işıqları