Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/02/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev İtaliya Prezidentini təbrik edib

Sercio Mattarella, İtaliya

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.

Baki-baku.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Əlamətdar tarix – İtaliya Respublikasının yaranmasının 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır. Şadam ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, çoxölçülü strateji tərəfdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Biz İtaliya ilə münasibətlərimizin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk.

Keçən ilin oktyabrında Sizin Azərbaycana ikinci dəfə rəsmi səfər etməyiniz dövlətlərarası əlaqələrimizin və aramızdakı siyasi dialoqun yüksək səviyyəsindən xəbər verir. Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışında birgə iştirakımız ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür.

Siyasi əlaqələrimizin yüksək səviyyəsi Azərbaycan-İtaliya qarşılıqlı fəaliyyətinin inkişafında mühüm rol oynayır. Bu gün ikitərəfli gündəliyimizdə duran məsələlərin spektri çox genişdir. Uğurlu iqtisadi-ticari, enerji, sənaye istehsalı tərəfdaşlığından tutmuş təhsilə qədər uzanan və ildən-ilə yeni sahələri əhatə edən əməkdaşlığımız strateji xarakter daşıyır. İqtisadi əlaqələrimizin mövcud potensialının tam şəkildə reallaşdırılması, sərmayə, müdafiə, humanitar, o cümlədən yeni istiqamətlər üzrə əməkdaşlığın şaxələndirilməsi qarşımızda duran əsas məsələlərdəndir.

Əminəm ki, Azərbaycan-İtaliya dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İtaliya xalqına daim firavanlıq və rifah arzulayıram”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən sərgilərin və "Baku

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin