Nəşr edilmişdir 06/19/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev, BP, Mürrey Aukinkloss

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.
Baki-baku.az xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulandı.
Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edildi.
Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunuldu, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulandı. Bu xüsusda bp şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olundu.
Görüşdə SOCAR ilə bp arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakıda çay mədəniyyəti və çayxanaların sosial rolu

Ən son

GÜNDƏM

Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

GÜNDƏM

Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.