Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/17/2026

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

17790222584721037494

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini qəbul edib.
Baki-baku.az xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Vitse-prezident, Baş nazir və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana və Şeyx Məhəmməd bin Rəşid Al Məktuma çatdırmağı xahiş etdi.
Suhail Al Mazrouei BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, burada qlobal şəhərsalma gündəliyi ilə bağlı vacib məsələlərin müzakirəsi üçün yaxşı imkanların olduğunu dedi.
Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin genişləndiyi məmnunluqla qeyd edildi, əməkdaşlığın müxtəlif istiqamətlərdə, həmçinin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələr üzrə inkişafı vurğulandı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Boliviya və İslandiya istisna olmaqla, dünya üzrə digər ölkələrin dövlət qurumlarında qadınların payı orta hesabla 26 faiz təşkil

Ən son

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə

GÜNDƏM

Moldovanın nüfuzlu “Noi.md” xəbər portalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında məqalə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin