Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/18/2025

Paylaşın

GÜNDƏM, SİYASƏT

Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İsrail

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.
Baki-baku.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığımızın səviyyəsindən məmnunluğunu bildirdi və dostluq münasibətlərimizin bir çox istiqamətlər üzrə gələcəkdə daha da dərinləşəcəyinə əminliyini vurğuladı. Prezident İlham Əliyev hazırda Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün geniş imkanların olduğunu dedi.
Dövlətimizin başçısı səfirin ölkəmizə tarixi dövrdə – ABŞ-ın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi üzrə nailiyyətlərin əldə edildiyi bir zamanda gəldiyini bildirərək, bunun regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, həmçinin qarşıdurmaya son qoymaq üçün əhəmiyyətli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bütün bunların bağlantılar və müxtəlif növ qarşılıqlı əlaqələr baxımından Azərbaycan və bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğuladı.
Prezident İlham Əliyev İsrail şirkətlərinin həmişə olduğu kimi, gələcəkdə də ölkəmizdə fəal işləyəcəklərinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu deyən səfir yenidən Bakıya gəlməkdən xoşbəxt olduğunu vurğuladı. O, 2010-2015-ci illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərdiyini məmnunluqla xatırladı.
İsrail-Azərbaycan münasibətlərinin həqiqətən də strateji xarakter daşıdığını deyən Ronen Krausz qeyd etdi ki, ölkələrimizin liderləri və xalqları arasında əsl dostluq münasibətləri mövcuddur.
Səfir ölkəmizdə yəhudi icmasına göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi, özünün dəfələrlə Qubadakı Qırmızı Qəsəbəyə səfər etdiyini, orada yəhudi icması üçün yaradılmış şəraitlə tanış olduğunu vurğuladı.

İsrail

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В повседневной жизни эмоции всегда рядом с нами: радость, грусть, гнев, страх, волнение, тревога…

Ən son

GÜNDƏM

Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq

GÜNDƏM

Kənd Təsərrüfatı Nazirliyinin "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin iştirakı ilə sabah Bakıda balıq
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin