Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

İdman

Premyer Liqa: “Sabah” “Turan Tovuz”la, “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq

WhatsApp Image 2026-05-22 at 11.06.13

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha 2 oyunu keçiriləcək.
Baki-baku.az xəbər verir ki, günün ilk matçı “Bank Respublika Arena”da “Turan Tovuz” və “Sabah” komandaları arasında olacaq. Saat 17:00-da start götürəcək görüşü Rauf Cabarov idarə edəcək.
Ölkə çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” 75 xalla turnir cədvəlinə başçılıq edir. 59 xalı olan “Turan Tovuz” isə 3-cü pillədə qərarlaşıb.
Günün son oyununda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq. Görüşün baş hakimi Elvin Bayramov olacaq.
Turnir cədvəlində “Qarabağ” 66 xalla 2-ci, “Sumqayıt” 41 xalla 7-cidir.
Qeyd edək ki, XXXIII turun açılış oyununda “Qəbələ” “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edib. Tura mayın 24-də yekun vurulacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Ən son

GÜNDƏM

Bakının Həsən Əliyev küçəsində, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris korpusunun qarşısında həyata keçirilən

GÜNDƏM

Bakının Həsən Əliyev küçəsində, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris korpusunun qarşısında həyata keçirilən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin