Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

Polşa rəsmisi WUF13-də çoxtərəfli tərəfdaşlıqların önəmini diqqətə çatdırıb

IMG-20260518-WA0064

Nyu-Yorkda keçiriləcək hökumətlərarası danışıqlarda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində səsləndirilmiş fikir və təkliflərin nəzərə alınacağı gözlənilir.

Baki-baku.az xəbər verir ki, bu barədə Polşanın BMT-dəki daimi nümayəndəsi Kriştof Şerski WUF13 çərçivəsində keçirilən “Assambleyaların Birgə Bağlanışı” adlı iclasda çıxışı zamanı bildirib.

O qeyd edib ki, dayanıqlı şəhər inkişafında tərəfdaşlıqlar mühüm rol oynayır və Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsi üçün çoxtərəfli əməkdaşlıq vacib şərtlərdən biridir.

Diplomatın sözlərinə görə, yerli və regional idarəetmə orqanları yalnız xidmət təmin edən strukturlar kimi deyil, həm də prosesin əsas tərəfdaşları və aktiv iştirakçıları kimi qəbul olunmalıdır.

Kriştof Şerski dövlət və özəl sektor arasında tərəfdaşlığın vacibliyini vurğulayaraq, özəl sektor üçün stabil və proqnozlaşdırıla bilən mühitin formalaşdırılmasının zəruri olduğunu bildirib. Onun fikrincə, şəhərsalma siyasətlərinin əsasını inklüzivlik, həmrəylik və hesabatlılıq prinsipləri təşkil etməlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 iyun 2026-cı il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Bakı

Ən son

GÜNDƏM

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi

GÜNDƏM

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin