Nəşr edilmişdir 06/19/2025

Paylaşın

GÜNDƏM

Peter Siyarto: Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb

Peter Siyarto, Macarıstan, İran

Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.
Baki-baku.az-ın məlumatına görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkə səhifəsindəki videomüraciətində bildirib.
XİN başçısı qeyd edib ki, Macarıstanın altı vətəndaşı artıq Azərbaycan vasitəsilə İranı tərk edib. Bundan sonra o, diplomatlara da eyni şəkildə hərəkət etməyi tapşırıb.
“Tehrandakı səfirliyimizdə işləyən bütün diplomatlara və ailə üzvlərinə İranı tərk etmək barədə göstəriş vermək qərarına gəldim. Beləliklə, səfirliyin əməkdaşları və onların ailə üzvləri, ümumilikdə 15 nəfər də Azərbaycana təxliyə edilib. Tehrandakı səfirliyin işi təhlükəsizlik şəraiti yaxşılaşana qədər müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək. Orada işləyənlərin və onların ailələrinin, o cümlədən uşaqların həyatını qorumaq üçün bu qərarı qəbul etməli oldum”, – P.Siyarto vurğulayıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Con Daltonun daltonizm hekayəsi

Ən son

GÜNDƏM

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

GÜNDƏM

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib