Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Pərviz Şahbazov: Gələcəyin şəhərləri məhz az enerji ilə daha çox dəyər yaradan şəhərlər olacaq

Pərviz Şahbazov, WUF13

Qarabağ və Şərqi Zəngəzurda 307 meqavat gücündə 38 su elektrik stansiyası fəaliyyət göstərir, 340 meqavat gücündə Günəş elektrik stansiyaları inşa edilir, 7 meqavat gücündə damüstü Günəş panelləri quraşdırılıb, həmçinin 240 meqavat gücündə külək elektrik stansiyası üzrə hazırlıq işləri aparılır.

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə enerji səmərəliliyi sahəsində institusional mexanizmlər formalaşdırılıb, “Enerji Effektivliyi Fondu” yaradılıb və bu yanaşma enerji istehlakı və itkilərinin azaldılması, resursların səmərəli idarə olunması və ağıllı infrastrukturun inkişafına xidmət edir.

“Azərbaycan bu sahədə investisiyaların genişləndirilməsini və daha effektiv nəticələr əldə olunmasını hədəfləyir.

Çünki gələcəyin şəhərləri məhz az enerji ilə daha çox dəyər yaradan şəhərlər olacaq”, – deyə nazir əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin