Nəşr edilmişdir 01/15/2025

Paylaşın

GÜNDƏM

Pekin və Bakı Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqların ilk raundunu keçirib

ad3e98a2-67c7-4821-86c7-21ce9039a92a

Pekin və Bakı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı ikitərəfli danışıqların ilk raundunu keçirib.
Bu barədə Baki-Baku.az Çinin Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bakıda yanvarın 13-14-də keçirilən iki günlük danışıqlar zamanı tərəflər mal və xidmətlərin ticarəti məsələləri üzrə ətraflı müzakirələr aparıb, eyni zamanda bir sıra razılaşmalar əldə ediblər.
Bundan əlavə, onlar danışıqlar prosesini sürətləndirmək və Azərbaycanın ÜTT-yə tezliklə daxil olmasını dəstəkləmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Azərbaycan 1997-ci ildə ÜTT-yə üzvlük üçün müraciət edib. ÜTT-yə daxil olma prosesi adətən bir neçə il çəkir və çoxsaylı danışıqlar raundlarının keçirilməsini tələb edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakının Yasamal və Nizami rayonlarında təhlükəsizlik tələblərinə cavab verməyən qaldırıcı qurğuların istismarı dayandırılıb.Baki-baku.az xəbər verir ki, bu barədə

Ən son

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu

MEMARLIQ

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu