Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/21/2026

Paylaşın

GÜNDƏM

İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə sakinlərlə işin təşkilinə yeni imkanlar yaradacaq İcma Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Baki-baku.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, İdarənin təşəbbüsü ilə yaradılan mərkəzin əsas məqsədi sakinlərin sosial-mədəni fəaliyyətə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili və onların müxtəlif təşəbbüslərinin dəstəklənməsidir.
Qeyd edək ki, bundan əvvəl sakinlərin müraciət və ehtiyaclarının qarşılanmasına xidmət edən “Xidmət Mərkəzi” istifadəyə verilmişdi. Yeni İcma Mərkəzi isə əsasən sakinlərlə işin təşkili, onların maraq və təkliflərinin öyrənilməsi, müxtəlif layihə və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Mərkəzin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud sakinlərlə görüşərək yeni məkanın sakinlərin gündəlik həyatına verəcəyi töhfədən, burada keçiriləcək müxtəlif tədbir və layihələrdən danışıb. Sədr İçərişəhərin yalnız tarixi abidələri ilə deyil, burada yaşayan insanları, onların xatirələri və ənənələri ilə də yaşadığını vurğulayaraq, sakinlərin bu qədim məkanın qorunmasında xüsusi rolunu qeyd edib.
İcma Mərkəzi yalnız İçərişəhər sakinlərinin istifadəsi üçün nəzərdə tutulub. Burada İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, “Qoru” Gənclər Təşəbbüs Qrupunun üzvləri, uşaqlar, gənclər və böyüklər üçün yaş və maraq xüsusiyyətləri nəzərə alınmaqla müxtəlif görüşlər, dərnəklər, klublar və mədəni tədbirlər təşkil olunacaq.
Yeni məkan İçərişəhər sakinlərinin gündəlik həyatında fəal iştirak edəcəyi, müxtəlif ideyaların reallaşdırılmasına şərait yaradacaq və qoruğun zəngin ictimai-mədəni mühitini daha da inkişaf etdirəcək bir platforma olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin