Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/02/2026

Paylaşın

HƏR ŞEYDƏN

Payız axşamlarının nostalji qəhrəmanı – köhnə filmlər

IMG-20261102-WA0004

Pəncərənin o tayında külək əsir, fincandakı çay soyuyur, biz isə hər sözünü əzbər bildiyimiz filmə yenidən baxırıq. Niyə tanış bir hekayə bəzən bizi yeni filmdən daha çox cəlb edir? Bəlkə də həmin axşam bizə məhz tanış duyğular gərəkli olur.

Bu vərdişin maraqlı bir izahı var. 2012-ci ildə Sinyue Çjou və həmkarları beş araşdırmanın nəticələrini dərc ediblər: soyuq günlərdə və sərin otaqlarda insanlar daha çox nostalji hissi keçiriblər. Əks təsir də müşahidə olunub: xoş xatirələrə qayıtdıqdan sonra insanlara elə gəlib ki, hava bir qədər isinib.

Təcrübələrdən birində iştirakçılar hətta əllərini soyuq suda daha uzun müddət saxlaya biliblər.

Xatirələr sanki onları “isidib”, lakin burada söhbət bədən temperaturunun yüksəlməsindən deyil, insanın hiss etdiklərindən gedirdi.

2018-ci ildə aparılan bir araşdırmada hətta yağışın və küləyin lentə alınmış səsləri də nostalji hissi oyadıb. Alimlər iştirakçıların on gün ərzində hava şəraiti və öz əhvalları barədə qeydlər apardıqları gündəlikləri də öyrəniblər. Tutqun hava ilə nostalji arasındakı əlaqə təsdiqlənib, lakin məhz yağışla bağlı nəticələr birmənalı olmayıb.

Bəs niyə tanış filmləri seçirik? Tədqiqatçılar Kristel Antoniya Rassel və Sidni Levi müəyyən ediblər ki, insanlar filmlərə və kitablara yenidən qayıtmaqla təkrar yaşamaq istədikləri duyğuları seçə bilirlər.

Hansı səhnədə güləcəyimizi, hansında kövrələcəyimizi təxminən bilirik. Filmə yenidən baxmaq özümüzün nə qədər dəyişdiyimizi görməyə də kömək edir: əvvəlki süjet bu dəfə bizə başqa cür görünür.

Bir də özünü tək hiss etməmək duyğusu var. Cey Derrik və həmkarlarının apardıqları dörd araşdırmada sevimli televiziya proqramları iştirakçılara özlərini bir çevrənin üzvü kimi hiss etməyə kömək edib və ətrafdakılar tərəfindən rədd edilməyin doğurduğu mənfi hissləri yüngülləşdirib. Tanış qəhrəmanlar bizə az qala köhnə dostlarımız kimi görünə bilər.

Bu araşdırmalar payızda hamının köhnə filmlərə təkrarən daha tez-tez baxdığını sübut etmir, lakin belə bir istəyin səbəbini anlamağa kömək edir:

bəzən bizə tanış olan filmi bir neçə saatlıq da olsa, özümüzü yaxşı hiss etdiyimiz anlara qayıtmaq üçün təkrarən seyr edirik.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Koroğlu Rəhimovun ömrü qısa oldu, amma onun başladığı mübarizənin sədası illər sonra böyük Zəfərlə bütün dünyaya yayıldı.

Ən son

GÜNDƏM

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin

GÜNDƏM

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin