Bu ilin yanvar-oktyabr aylarında Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları ilə 440 milyondan çox sərnişin daşınıb.
Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 % çoxdur.
Bakıda avtobuslarla sərnişindaşımada artım dinamikası oktyabr ayında da davam edib. Belə ki, ay ərzində avtobus marşrutları ilə təxminən 54 milyon sərnişin daşınıb. Bu isə paytaxtda avtobuslarla aylıq sərnişindaşımada rekord göstərici sayılır.