Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/15/2026

Paylaşın

İQTİSADİYYAT

“PAŞA Bank” maliyyə vəziyyətini açıqlayıb

“PAŞA Bank” ASC bu ilin I yarısını 67,747 milyon manat xalis mənfəətlə başa vurub.
Baki-baku.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26 % azdır.
Yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 338,955 milyon manat (1 il əvvələ nisbətən 16,1 % az), xərcləri 276,873 milyon manat (0,2 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 26,04 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 20,376 milyon manat (13,5 % az) təşkil edib.
Bu il iyulun 1-nə “PAŞA Bank”ın aktivləri 9 milyard 522,354 milyon manat olub ki, bu da illik müqayisədə 6,2 % çoxdur. Bunun 3 milyard 490,443 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,1 % böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 7,3 % artaraq 8 milyard 600,708 milyon manat, o cümlədən depozit portfeli 7,6 % artaraq 7 milyard 216,161 milyon manat, balans kapitalı isə 3,4 % azalaraq 921,646 milyon manat, o cümlədən nizamnamə kapitalı 5,3 % artaraq 373,17 milyon manat olub.
Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 53,95 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 26,8 %-i “Bless” MMC-yə, 9,5 % Arif Paşayevə, 5 %-i 18 minə yaxın fiziki şəxsə, 4,75 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsinə ehtiramını bildiriblər.

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin