Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2025

Paylaşın

GÜNDƏM

Özbəkistan nümayəndə heyəti Zəfər parkında olub

II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində Bakıda səfərdə olan Özbəkistan nümayəndə heyəti Zəfər parkını ziyarət edib.
Baki-baku.az xəbər verir ki, nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov ilə birgə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsini ziyarət edib.
Nümayəndə heyəti abidənin önünə gül dəstələri düzərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib.
Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az-ın əldə etdiyi məlumata görə, layihənin dəyəri 429 min manatdan çoxdur.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Payız aylarının sevilən, lakin hələ də tam dəyəri bilinməyən meyvələrindən biri də innabdı

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Payız aylarının sevilən, lakin hələ də tam dəyəri bilinməyən meyvələrindən biri də innabdı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin