Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/09/2026

Paylaşın

TARİX

Osmanlının fətih dastanlarından sonra əldə etdiyi incilər

IMG-20260609-WA0000

Qədim Romanın Mardindəki izi

Sərt, sıldırım qayalar üzərində yerləşən, şəlaləsi, laləsi ilə fərqlənən Mardin Qədim Romanın əski şəhər mədəniyyətinə də ev sahibliyi edir. 1500 il öncə inşa edilən Dara sadəcə bir şəhər deyildi. Cənubi Romanın Fars İmperiyasına qarşı sərt savaş üzü idi. Ordunun su sistemi, anbarı məhz burada yerləşirdi. Bu tarixi dəyər kəşf edildikdə insanlar buranı zindan hesab etsələr də, qısa zaman kəsiyində gerçək, əsl həqiqət üzə çıxdı. Bəlli oldu ki. bu tarixi tikili müharibə zamanı minlərlə insanın su ehtiyacını ödəmək üçün yapılıbmış.

Yuxuların, duyğuların şəhəri, Qonur dağların, yaylaqların, qartalların diyarı Mardinə varanda Mardin şəlaləsini ziyarət edənlər Dara şəhərində hələ də lal sükuta dalır. Üstü şəhər, altı dərya, su anbarı olan diyarda Qədim Roma mədəniyyətinin incilərindən olan Daranı mübhəm duyğular, həm də cəngi-cida səsləri ilə yad edirlər.

Sinopun kilsəyə çevrilən hamamı

Yunan-Roma mədəniyyətinin incilərinə ev sahibliyi edən Türkiyənin Sinop şəhərində mövcud olan bir tarixi sənət əsəri əski çağ dəyərlərinə, antik mədəniyyətə aynadır. Yeddi yüz ildir insanların görməsini, anlamasını gözləyən, sirli-soraqlı Sinop tikilisi Roma İmperiyası dövründə inşa edilən imperatorlara aid hamamlardandır. Yüz illər sonra kilsəyə çevrilən, divarları mələklərlə, İlahilərlə bağlı rəsmlərlə süslənən hamam indi Tanrı evi kimi fəaliyyət göstərməkdədir. Sinopun tarixi ünvanlarından sayılan kilsə İsa peyğəmbərin, Məryəm ananın, mələklərin və həvarilərin rəsmləri ilə bəzədilərək yerlə göyün arasında İlahi bağa çevrilib.

Əldə olunan məlumatlardan oda bəlli olur ki, divarlarda həmçinin İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsmə səhnəsini əks etdirən rəsmlər də yer alıb. Rəsmlərin bəziləri isə şeytanın yenilməsini və insanların Tanrı dərgahındakı dualarını əks etdirir.

Diyarbakır-Çin səddindən sonrakı ən böyük qala

Min illər boyu qılıncla-qələmin vəhdətində qüdrətli dövlətlər quran türklər həm də əzəmətli qalaları ilə tarix yaratdılar. Çin səddindən sonra ən böyük qala divarını dünyanın o başında axtaranlar yanılır.

Tarixi mənbələr sübut edir ki, ən uzun mühafizə qalası Avropada deyil, Anadolu yaxasında, Diyarbakırdadır. Beş kilometr uzunluğu olan qala Diyarbakırda çıxarılan vazalit daşları ilə hörülüb.

Dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən Diyarbakır qalası yer üzünün Açıq Hava Muzeyi kimi UNESKO-nun inciləri sırasında yer alıb. Antik mədəniyyətin təsvirləri ilə süslənən bu tarixi tikili Türkün əzəmətinin simgəsi, bəlgəsi olmaqla yanaşı həm də, Çin səddini çəkdirən qüdrətli millətin tarixin bütün dönəmlərində şah əsərlər yaratdığını sübut edir. Ulu, azman türkün daşa, yaddaşa dönən dünyasının aynasına çevrilir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti başa çatıb.

Ən son

Mədəniyyət

Bakının səsi, duyğusu, hissini musiqi dilində dilə gətirən “Qaya” ansamblının ifasında eşidilən hər melodiya insanları

Mədəniyyət

Bakının səsi, duyğusu, hissini musiqi dilində dilə gətirən “Qaya” ansamblının ifasında eşidilən hər melodiya insanları
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin