Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/21/2025

Paylaşın

HƏR ŞEYDƏN

Okeanın o tayında Temza: Sizin tanımadığınız London

Temza, Temza çayı, London, Tauer körpüsü, Biq Ben

“London” sözünü eşidəndə göz önünə dərhal Biq Ben, Tauer körpüsü və Temza çayının dumanlı sahilləri gəlir. Lakin çox az adam bilir ki, London heç də unikal bir ad deyil.

Məsələn, ABŞ-də bu adla on yaşayış məntəqəsi mövcuddur. Londonlar Fransada da var, hətta uzaq və kiçik bir ada dövləti olan Kiribatidə belə rast gəlinir.

Baki-baku.az xəbər verir ki, ən maraqlı “əkiz” isə Kanadadadır.

Kanadanın Ontario vilayətində yerləşən London şəhəri öz britaniyalı adaşının taleyini demək olar ki, tam təkrarlayır: şəhərin içindən çay axır və bu çayın adı da Temzadır. Bu bənzərlik elə bil ki, mistik bir təsadüfdür, sanki müstəmləkə tarixi İngiltərə mənzərəsini “kopyalayıb yapışdırmaq” qərarına gəlib.

Beləliklə, dünya xəritəsində səyahət etdikcə London adına ən gözlənilməz yerlərdə rast gəlmək mümkündür. Amma yalnız iki London — Britaniya və Kanada şəhərləri öz Temzaları ilə fəxr edə bilirlər. Sanki bu çaylar vasitəsilə hər biri əsl “London” olma haqqı uğrunda mübarizə aparır.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin