Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/07/2026

Paylaşın

TARİX

Nurəddin Zəngi – Peyğəmbər əleyhissəlamın məzarını qurğuşuna tutduran, nəşinə toxunmaq istəyənləri edam etdirən hökmdar

İbn əl-Əsir: “İslam tarixində ən ədalətli hökmdar Nurəddin Zəngi idi!”

İslam bir din olaraq Ərəb səhrasında yayıldı. Cəbrayıl əleyhissəlamın mehman olduğu Hira mağarasında “Hirayi-Nur”u- Məhəmməd Peyğəmbər əleyhissəlamı Peyğəmbərlik xilqəsi ilə müjdələdi. Sonra “Qurani-Kərim”in ilk ayəsi “Oxu!” yer üzünə endirildi. Məkkənin və Mədinən Nur çələngi Bədr döyüşündən və Uhud savaşından keçdi. Qibləteyn məscidinin qurulması ilə Məscidi-Aksanı qiblə bilən müsəlmanlar üzü Kəbəyə – Mədineyi-Mükərrəmə doğru səcdəyə durdu.

Öncəyə qayıtmaq istəyirəm. İslam bir din olaraq Ərəb səhrasında yayıldı. Bu Müqəddəs torpaqlarda “Qurani-Kərim” Cəbrayıl əleyhissəlamın qanadlarında yer üzünə endirildi. Peyğəmbər əleyhissəlamın ruhundan cücərdi. Həzrəti Ömərin, Həzrəti Əbubəkirin elmin şəhəri sayılan Əli əleyhissəlamın, İmam Hüseynin və İmam Həsənin şəhidlik zirvəsi ilə dünya “Qurani-Kərim”in nuruna qərq oldu. Ərəb dünyası iqtidar uğrunda bir-birinə qılınc sıyıranda, İslam Səlib yürüşü ilə üz-üzə qalanda dünyanı qüdrəti, əzəməti ilə dizə çökdürən türklər onun xilaskarına, himayədarına çevrildi. Osman Qazinin, Orxan Qazinin, Fateh Mehmetin, Sultan Bəyazitin, Sultan Səlimin, Əmir Teymurun, yaxın tarixdə isə Qafqaz xalqlarının lideri Şeyx Şamilin iradəsi ilə İslam təkcə ayaqda qalmadı, bu qüdrətli sərkərdə-xaqanların zamanında Məkkənin, Kəbənin, Mədinənin, Məscidi-Nəbəvənin əzəmətinə əzəmət qatıldı. Sultan Səlimin zamanında Peyğəmbər əleyhissəlamın “Kutsal əmanətləri” İstanbula, Topqapı sarayına gətirildi. Minarəsindən ilahilər qopan minlərlə cami quruldu. Xristian torpaqlarında yapılan məscidlərdə səcdəyə gedən türk müsəlmanların sırasında İsa Məsihin sərkərdə varisləri belə yer aldı.

Atatürk: “Peyğəmbərin məzarına toxunularsa qoşun çəkər, aşağıya enərəm!”

Üç qüdrətli Türk Sərkərdə-xaqan var ki, onların adı da, əzəməti də, “Qurani-Kərim”in müqəddəsliyi qədərdir. Onun biri və birincisi Eyyubilər İmperiyasının qurucusu, “Məkkə və Mədinənin hizmətkarı” Səlahəddin Eyyubinin ruhunun atası, soy-kökü, şəcərə dəftəri ilə Əfşarlara və Qarapapaqlara bağlı olan Misir və Dəməşq Sultanı kimi tarixdə qalan Nurəddin Zəngi, ikincisi qeyd etdiyimiz kimi Peyğəmbər əleyhissəlamın “Kutsal əmanətləri”ni Osmanlıya gətirən Sultan Səlim, üçüncüsü isə Mədinə şəhərinin genişləndirilməsi ilə Məscidi-Nəbəvinin – Peyğəmbər Əleyhissəlamın uyuduğu Müqəddəs məkanın ətrafında söküntü işləri aparılarkən Kral II Əbdüləzizə: “Peyğəmbərin məzarına toxunularsa qoşun çəkər, aşağıya enərəm!” nidası ilə Səudiyyə Kralının üstünə yeriyən Qazi Mustafa Kamal Paşa Atatürkdür. Hər üç qüdrətli simanın adı da, varlığı da, bir türk, müsəlman, Azərbaycanlı kimi bizim üçün əzizdir.

Peyğəmbər əleyhissəlam: “Məni xilas et, məni onlardan xilas et!”

Deyirlər “dünyanın taleyinin dəyişə biləcəyi bir gecədə Mədinədə Məhəmməd Peyğəmbər əleyhissəlamın məzarının cəmi bir neçə metrliyində iki naməlum adam gizli tunel qazmağa başlayır. Əgər onlar məqsədlərinə çatsaydılar, bəlkə də İslam tarixinin ən böyük faciələrindən biri baş verəcəkdi.

Amma, həmin Tanrıya xoş gedən gecələrin birində Mədinədən yüzlərlə kilometr uzaqda, Dəməşqdə Sultan yuxudan hövlanak oyanır. Yuxusunda Peyğəmbər əleyhissəlam iki nəfəri göstərərək ona deyir: “Məni xilas et, məni onlardan xilas et!” Bu, adi bir yuxu deyildi. Tarixdə adı əbədi qalacaq Dəməşq Sultanı Nürəddin Zəngini Mədinəyə aparan və əsrlərdir danışılan sirli hadisənin başlanğıcı idi. Məsələni ilk dəfə elmi ictiamiyyətə açıqlayan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev apardığı tədqiqatlar nəticəsində sübut edir ki, Məhəmməd Peyğəmbərin nəşinin oğurlanmasının qarşısını Azərbaycan türkü olan Nürəddin Zəngi alıb”.

Zaur Əliyev fikrini davam etdirərək qeyd edir: 1162-ci ildə Nürəddin Zəngi eyni yuxunu ardıcıl olaraq üç gecə görən Dəməşq Sultanı vəziri Cəmaləddin əl-Mövsil ilə birlikdə Mədinəyə doğru yola düşür.

Mədinəyə çatdıqda vəzir şəhər əhalisinin Məscidi-Nəbəviyə toplayır və deyir: “Sultan Məhəmməd Peyğəmbər əleyhissəlamın qəbrini ziyarət etməyə gəlib və özü ilə xeyli miqdarda nəzir-niyaz gətirib. Əhalinin dəqiq sayını yazın”. Sultan Mədinəyə daxil olan kimi heç kim qaçıb gizlənə bilməsin deyə şəhərin qapılarını bağlatdırır. Mədinə əhalisinin siyahısı hazır olan kimi, onların hamısı növbə ilə Sultanın hüzuruna gəlir və sədəqə alırlar. Sultan hər kəsin üzünə diqqətlə baxır, lakin gələnlərdən heç biri onun yuxusundakı insanların təsvirinə uyğun gəlmir. Sultanın yuxuda gördüyü insanlar sarı bənizli idi”.

Qazdıqları torpağı diqqət çəkməmək üçün dəri torbalara doldurur, sonra isə gecələr Bəqi qəbiristanlığına apararaq qəbirlərin arasına səpirlər

Gələnlər arasında yuxuda gördüyü iki şəxsi görməyən Sultan, bura gəlməyən kiminsə qalıb-qalmadığını soruşur. Əndəlüsdən-İspaniyadan gələn və Məscidi-Nəbəvinin yaxınlığında qalan iki nəfərin olduğunu öyrənir. Mənbələr yazır ki, bu iki şəxs “Mədinəyə gəldikdən sonra Peyğəmbər məscidinə çox yaxın, Peyğəmbərimizin qəbrinin olduğu otağın tam qonşuluğunda bir ev kirayələyirlər. Sultan şəxsən özü onların evini nəzərdən keçirir. Nürəddin Zəngi Mədinəyə gəlişlərinin məqsədi barədə onları sorğu-sual etməyə başlayır. İlk baxışdan hər şey sadə görünür, Sultan Nürəddin Zəngi otağın içərisində bir az gəzir. Daha sonra xalçanı qaldırarkən birbaşa Peyğəmbərin dəfn olunduğu otağa aparan yeraltı tunellə rastlaşır. Nabələd, lakin məqsədli adamlar hadisə yerində yaxalanır və sorğu-sual zamanı etiraf edirlər ki, zəvvar qiyafəsində Mədinəyə göndərilmiş xristianlardır. Məqsədləri Məhəmməd Peyğəmbər əleyhissəlamın məzarını açaraq nəşini götürməkdi. Onların verdiyi məlumata görə, bu planın həyata keçirilməsi üçün böyük məbləğdə para ayrılıb. Onlar qazdıqları torpağı diqqət çəkməmək üçün dəri torbalara doldurur, sonra isə gecələr Bəqi qəbiristanlığına apararaq qəbirlərin arasına səpirlər. Beləliklə, yeraltı yol, tunel qazdıqlarını gizlətməyə və heç kimin şübhəsini çəkməməyə çalışırlar.”

Dairəvi qurğuşun divar gələcəkdə edilə biləcək bu cür cəhdlərin qarşısını almaq üçün bir sipər rolunu oynayır

Nürəddin Zəngi etiraf edən bu iki şəxsi edam etdirir. Daha sonra Peyğəmbər əleyhissəlamın məzarının ətrafında xəndək qazdıraraq içərisini əridilmiş qurğuşunla doldurur. Bu dairəvi qurğuşun divar gələcəkdə edilə biləcək bu cür cəhdlərin qarşısını almaq üçün bir sipər rolunu oynayır. Hafiz ibn Kəsir “Əl-Bidayə və ən-Nihayə”, İbn Cübeyr “Rihlə”, Əbu Şamə əl-Məqdisi “Kitab əl-Rövdəteyn” və İmam Səmhudı “Vəfaül-Vəfa bi Əxbar-i Daril-Mustafa” adlı əsərlərində bu hadisə barədə yazmışdılar.

Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Zəngilər əsasən Qərbi Azərbaycanda, İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını sahilində məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngəzur bölgəsində yaşamışlar. Ümumiyyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Bu ərazilərdən Mosul şəhərinə də köçən zəngilər burada məskunlaşıb və sonradan Dəməşq şəhərinin əmiri olacaq Nürəddin Mahmud Zəngi 1116-cı ildə burada anadan olmuşdur.

İslam tarixində ilk dəfə olaraq müsəlmanları bir Bayraq altında cəm edən hökmdar

Əfşarlara bağlı olan Nürəddin Zəngi Birinci İmadəddin Zənginin oğludur. Sonradan dunya tarixində iz qoyacaq Səlahəddin Eyyubini 17 yaşında öz sarayına dəvət edib, onu qüdrətli sərkərdə və dövlət xadimi kimi yetişdirən məhz Nürəddin Zəngi olub. Nürəddin Zənginin sayəsində Əl-Aqsa məscidi Səlib yürüşünə çıxan xristianlardan geri alınıb və məscid yenidən təmir etdirilib. Qüdsü daima qorumağı vəsiyyət edən, İslam tarixində ilk dəfə olaraq müsəlmanları bir Bayraq altında cəm edib, türk və müsəlmanın məhv edilməsi üçün kilsələrdə tədbir tökən papalara, kral və kardinallara qarşı birliyin dirilik olduğunu sübuta yetirən də məhz Nürəddin Zəngi olmuşdur.

İbn əl-Əsirin “İslam tarixində ən ədalətli hökmdar Nurəddin Zəngi idi!” nidası ilə yüz illərdir ehtiramla xatırlanan bu qüdrətli türk və azərbaycanlının istəyi qüdrətli türk Sərkərdə-xaqanları – Osman Qazi, Fateh Mehmet, Sultan Səlim, Sultan Bəyazit, Əmir Teymur, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar, İmam Şamil tərəfindən uğurla davam etdirildi. Bu ənənə ötən əsrin ortalarından sonra Ulu Öndər Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da dövlətçilik təlimində mühüm yer tutdu. Sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı olan ölkəmiz həm də İslam dəyərlərinin qorunub himayə olunduğu əsas dövlətlərdən birinə çevrildi.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İkinci Dünya Müharibəsində mümkün olmayanları mümkünə çevirən, əsgər oğlunu feldmarşala dəyişməyən Stalin tarixdə həm də terror aktları, repressiya

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin