Cari ilin 2025-ci ilin noyabrında “Baku Steel Company” QSC 50,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.
Baki-baku.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,1 milyon ABŞ dolları azdır. Belə ki, QSC ötən ilin noyabr ayında 53,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulunun ixracını həyata keçirib.