Nəşr edilmişdir 11/19/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Nizami Gəncəvi parkı

Nizami Gəncəvi parkı

Nobel qardaşlarının təşəbbüsü ilə XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara şəhərdə Abşeron bağ-park memarlığının ən gözəl nümunəsi olan “Neft villası” (“Villa Petrolea”) adlı bağ yaradılıb. 1991-ci ildən – Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra parka Nizami Gəncəvinin adı verilib.

Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb. Hazırda 11,2 hektar əraziyə malik bağda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə mərkəzi, süni göl yaradılıb. 1938-ci ildən mövcud olan amfiteatr və yay kinoteatrı bərpa edilib. Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli qala divarları tikilib. Parkın ətrafında yerləşən bir və ikimərtəbəli inzibati binalar əsaslı təmir olunub, ərazidə minlərlə ağac, kol və dekorativ bəzək bitkiləri əkilib. Parkda iki fəvvarə kompleksi və müasir işıqlandırma sistemi qurulub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.

Ən son

GÜNDƏM

Ən məşhur yeraltı keçidlərdən biri 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşir.

GÜNDƏM

Ən məşhur yeraltı keçidlərdən biri 28 May küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşir.