Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2025

Paylaşın

HƏR ŞEYDƏN

Niyə Pablo Pikassonu “Mona Liza”nın oğurluğunda şübhəli bilirdilər?

1911-ci ildə Leonardo da Vinçinin məşhur əsəri — “Mona Liza” Luvr muzeyindən yoxa çıxdı. Polis dərhal araşdırmalara başladı və müxtəlif insanlara, o cümlədən məşhur rəssam Pablo Pikassoya da şübhə ilə yanaşdı.

Niyə məhz Pikasso?

Məlum oldu ki, Pikasso fransız şair Giyom Apollinerlə əlaqəli idi. Polis Apollinerin evində Luvrdan oğurlanmış qədim iber heykəlcikləri tapdı. Həmin heykəlcikləri Apollinerin köməkçisindən Pikasso almışdı, bu isə polis tərəfindən ciddi şübhə doğurdu — onlar düşündülər ki, Pikasso daha böyük bir cinayətdə, yəni “Mona Liza”nın oğurluğunda da iştirak etmiş ola bilər.

Ancaq bu fərziyyələrə baxmayaraq, polisin Pikassonun “Mona Liza” oğurluğuna aidiyyəti olduğunu sübut edən heç bir dəlili yox idi. Rəssam da, şair də sərbəst buraxıldı və məlum oldu ki, onların bu cinayətlə heç bir əlaqəsi yoxdur.

Bəs “Mona Liza”nı əslində kim oğurlamışdı?

Əsl oğru, İtaliyadan gəlmiş bir mühacir və rəssamlıq həvəskarı olan — Vincenzo Peruccia idi. Toskandan Parisə köçdükdən sonra rəsmlərini sata bilməyən Peruccia, Luvr muzeyində sənət əsərlərinin üzərinə qoruyucu şüşələrin quraşdırılması işində çalışmaq üçün bir şirkətə işə düzəlmişdi.

Peruccia səhvən düşünürdü ki, “Mona Liza” Napaleonun İtaliyadan oğurlayıb apardığı minlərlə əsərdən biridir, və o, bu rəsm əsərini vətəninə — İtaliyaya qaytarmaq istəyirdi. Tarixçi Çarni bu barədə belə deyir: “Bu, onun üçün əsl cinayət fürsəti idi. O düşünürdü ki, buna görə mükafatlandırılacaq və milli qəhrəmana çevriləcək.”

1911-ci il 21 avqust tarixində Peruccia “Mona Liza”nı muzeydən çıxarıb, Parisdəki evinə apardı. O, bu rəsmi iki ildən artıq bir müddət ərzində evində gizlətdi. Sonralar bildirmişdi ki, əsər sanki onu sehrləmişdi — o, rəsmlə obsessiv dərəcədə bağlı olmuşdu. Polis komissarı Lui Lepen onu iki dəfə dindirmişdi, amma hər dəfə yan keçmişdi.

1913-cü ildə Peruccia “Mona Liza”nı Florensiyada satmağa cəhd göstərdi və nəticədə həbs olundu. Rəsmi olaraq əsər Luvra qaytarıldı və o gündən etibarən bu sənət qalereyasının ən qiymətli incilərindən biri olaraq qalır.

Bu hadisə bir daha göstərir ki, şərait və yanlış şübhələr bəzən böyük qalmaqallara səbəb ola bilər. Elə vəziyyətlər olur ki, dünyaca məşhur bir sənətkar istintaqın hədəfinə çevrilir, əsl cinayətkar isə illərlə diqqətdən yayınır.

Ayna Bəxtiyar

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Сегодня кетчуп кажется нам неразрывно связанным с помидорами