Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/17/2025

Paylaşın

GÜNDƏM

NİİM: “Paytaxtda yük avtomobillərinin yolda qalması səbəbindən tıxaclar yaranır”

yük avtomobillərinin yolda qalması, NİİM, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.
Bu barədə Baki-baku.az-a NİİM-dən məlumat verilib.
Bildirilib ki, texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır:
“Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur”.
Məlumata görə, bu ilin yanvar-may ayları ərzində ümumilikdə 852 avtomobil texniki nasazılıq səbəbindən yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir:
“Mərkəz belə sürülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qacarlar İmperiyasının tərəqqisi, ayaqda qalması üçün islahat proqramları tərtib edən, gənclərin Avropaya təhsil almağa göndərilməsi haqqında Fərman imzalayan

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)

GÜNDƏM

Baki-baku.az bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin