Nəşr edilmişdir 06/17/2025

Paylaşın

GÜNDƏM

NİİM: “Paytaxtda yük avtomobillərinin yolda qalması səbəbindən tıxaclar yaranır”

yük avtomobillərinin yolda qalması, NİİM, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.
Bu barədə Baki-baku.az-a NİİM-dən məlumat verilib.
Bildirilib ki, texniki nasaz yük avtomobilləri yollarda qalır, nəqliyyat sıxlığı yaranır:
“Paytaxtın Ziya Bünyadov, Tbilisi prospektləri, Bakı-Sumqayıt şosesində bir neçə yük avtomobilinin yollarda qalması metronun “Koroğlu”, “20 Yanvar” və mərkəz istiqamətlərində süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Xüsusilə də ağır çəkili, iri qabaritli yük avtomobillərinin bu səbəbdən yolun hərəkət hissəsində və kənarlarında qalmaları, sürücülərin təhlükəsizlik qaydalarına əməl etməmələri digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradır. Bəzi hallarda bu diqqətsizlik və məsuliyyətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur”.
Məlumata görə, bu ilin yanvar-may ayları ərzində ümumilikdə 852 avtomobil texniki nasazılıq səbəbindən yolda qalıb ki, onların da bir neçəsi yük avtomobilləridir:
“Mərkəz belə sürülərə müraciət edərək bildirir ki, yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyəti yoxlanılmalı, hərəkət zamanı nasazlıq yarandıqda qəza dayanma nişanı və işıq siqanlı yandırmaqla təhlükəsizliyi təmin edilməlidir”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ən son

ETNOQRAFIYA

“İslam sənəti” VII əsrdən sonra yaranan bir termindir və İslam dininin yayıldığı ərazilərdə formalaşmış sənətə

ETNOQRAFIYA

“İslam sənəti” VII əsrdən sonra yaranan bir termindir və İslam dininin yayıldığı ərazilərdə formalaşmış sənətə