Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

Nəsimi rayonunda 2 ünvanda qurbanlıq heyvanların satış və kəsim həyata keçiriləcək

Nəsimi rayonu, Qurban Bayramı

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakının Nəsimi rayonunda 2 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək.

Baki-baku.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, vətəndaşlar rayonun A.Mustafayev küçəsi 23/24, 6 saylı Ticarət Mərkəzi və Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında bu xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 76-da həm kəsim, həm satış, 27-də qurbanlıq heyvanların yalnız satışı, 31-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq.

Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.

Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mayın 25-də saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşən sərnişin qatarı mayın 26-da saat 09:04-də Tbilisiyə çatıb.

Ən son

GÜNDƏM

Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət intervalında 1-2 dəqiqəlik

GÜNDƏM

Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət intervalında 1-2 dəqiqəlik
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin