Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

Nazir müavini: Təmiz ətraf mühit və “yaşıl artım” Azərbaycanın inkişaf prioritetidir

WUF13, Ağakərim Səmədzadə

Azərbaycan artıq mənzil və şəhərsalma siyasətində təbiət əsaslı yanaşmanı ardıcıl şəkildə tətbiq edir.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə səsləndirib.

O bildirib ki, 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası və onun 2030-cu il hədəflərində təmiz ətraf mühit və “yaşıl artım” əsas milli prioritetlərdən biri kimi müəyyən edilib.

Nazir müavininin sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zona”larının yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, həmçinin ekosistemlərin bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.

Qeyd olunub ki, Azərbaycan Türkiyə ilə birgə Cəbrayıl rayonunda Tingçilik Mərkəzini yaradıb.

“Bu mərkəz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yaşıllaşdırma və ekoloji bərpa tədbirlərinə mühüm dəstək verəcək. Azərbaycan yaxın vaxtlarda NDC 3.0 sənədini təqdim edib və hazırda Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyasının hazırlanmasını davam etdirir. Bu hədəflərə çatmaqda təbiət əsaslı həllər və ekosistemlərin bərpası xüsusi rol oynayır. Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü bu il “Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında keçiriləcək və ölkənin “yaşıl keçid” siyasətini beynəlxalq gündəmlə daha da yaxınlaşdıracaq”, – deyə nazir müavini əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda hava keyfiyyətini ölçən ilk "IQAir" cihazı quraşdırılıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə müstəqil ekspert Moussa Abderahman “Dekolonizasiya prosesində

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə müstəqil ekspert Moussa Abderahman “Dekolonizasiya prosesində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin