Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

ƏDƏBİYYAT

“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib

“Mütaliədən natiqliyə aparan yol”

21 may 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 257 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin iştirakı ilə “Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə pedaqoq Elnurə İsmayılova və təlimçi Təranə Nuriyeva uşaqlarda nitq mədəniyyətinin formalaşmasında mütaliənin mühüm rolundan bəhs ediblər. Şagirdlərə kitab oxumağın söz ehtiyatını zənginləşdirdiyi, düzgün, səlis və axıcı danışıq qabiliyyətinin inkişafına müsbət təsir göstərdiyi interaktiv üsullarla izah olunub.

Tədbir çərçivəsində şagirdlər kitabxana fondundan seçdikləri müxtəlif nağıl kitablarını və ensiklopediyaları mütaliə edib, əldə etdikləri biliklər ətrafında maraqlı müzakirələr aparıblar. Həmçinin uşaqlara süni intellekt və müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunaraq hazırlanmış kitab videoçarxları təqdim edilib. Layihənin əsas məqsədi uşaqlarda mütaliə vərdişini inkişaf etdirmək, onların dil bacarıqlarını və nitq mədəniyyətini formalaşdırmaq, eyni zamanda müasir texnologiyalardan səmərəli istifadə etməklə kitab və oxu mədəniyyətinə marağı artırmaqdır. Layihə şagirdlərin gələcəkdə savadlı, dünyagörüşlü və uğurlu natiq kimi yetişməsinə dəstək göstərməyi hədəfləyir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün uğurla başa çatması münasibətilə kollektivlə görüş keçirilib.

Ən son

TARİX

Malazgirt savaşını qazanan Alp Arslan Qaraxanlılar İmperiyasına hücum edib Bərzəm qalasını tutdu

TARİX

Malazgirt savaşını qazanan Alp Arslan Qaraxanlılar İmperiyasına hücum edib Bərzəm qalasını tutdu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin