Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/24/2026

Paylaşın

GÜNDƏM

Musiqili Teatrın “Buratino”su Sumqayıtda nümayiş olunacaq

IMG-20260524-WA0002

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi “Buratino” (Aleksey Tolstoy) nağıl-tamaşası ilə Sumqayıtda teatrsevərlərin görüşünə gələcək.

Baki-baku.az xəbər verir ki, mayın 30-da saat 12:00 və 14:30-da Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində nümayiş olunacaq tamaşa şən musiqilər, rəngarəng işıq effektləri, aktyor və balet artistlərinin maraqlı çıxışları ilə təkcə balacaları deyil, onu izləyən hər kəsi nağıllar aləminə aparacaq.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, tərcüməçisi Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri isə Əməkdar artistlər Zakir və Yelena Ağayevlərdir.

2019-cu ildən teatrın repertuarında olan səhnə əsərinin budəfəki nümayişində teatrın aktyorları – Zaur Əliyev (Buratino), Emin Zeynallı (Papa Karlo), Ofeliya Novruzqızı (Tülkü Alisa), Elnarə Nağdəliyeva (Artemon), Gülçöhrə Abdullayeva (Tartilla), Hüseyn Əlili (Pyero), Nərmin Əliyeva (Malvina və Cırcırama), Ruslan Mürsəlov (Pişik Bazilio), Cəbrayıl Cəbrayılov (Karabas-Barabas), Mehriban Rəcəbova (Qurbağa Bubi) və balet artistləri çıxış edəcəklər.

Biletləri Bakı və Sumqayıt şəhərlərinin mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, həmçinin iTicket.az saytından əldə etmək mümkündür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 İyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın “Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin