Nəşr edilmişdir 09/10/2024

Paylaşın

KÖŞƏ YAZILARI

Musa Nağıyevin Spasskaya küçəsindəki evinin sirri

Azərbaycan tarixində özünəməxsus yeri və izi olan məşhur milyonçu və xeyriyyəçi Ağa Musa Nağıyevin çox maraqlı həyat hekayəsi var.

O, 1848-ci ildə Biləcəri kəndində kasıb bir saman taciri ailəsində anadan olub. Dörd uşağın böyüyü idi. 11 yaşında işə getmək üçün hər gün səhər 5-də oyanaraq limanda hambal kimi işə başladı. 18 yaşına çatanda əkinçiliklə məşğul olmağı planlaşdırdığı torpaq sahəsini almaq üçün kifayət qədər vəsait toplaya bilmişdi. Torpaq sahəsində su quyusu qazarkən, bir neft çeşməsi ilə qarşılaşır. Bu, onun həyatını bütünlüklə dəyişdirən neft ticarəti karyerasının başlanğıcı olur. Çox keçmədən əldə etdiyi gəlir ona ixtisaslı neftçiləri işə götürməyə və işini səmərəli təşkil etməyə imkan verir. Varlandıqdan sonra “Qara şəhər” neft emalı zavodunu tikir və Xəzər dənizində ilk tankeri işə salır.

Rusiya Dövlət Bankının 1879-cu il üçün maliyyə hesabatlarına görə, 30 yaşlı Ağa Musa Nağıyevin əmlakı 30 min rubl, XIX əsrin 80-ci illərinin ortalarında ticarət dövriyyəsi 700 min rubla çatırdı. Ona II gildiya tacirinin hüquqları verildi. O, 1887-ci ildə “Musa Nağıyev” neft şirkətini yaradıb şəhərin Neft Sənayesi Ali Şurasının üzvü kimi Bakının ən nüfuzlu neftçilərindən biri oldu. Ağa Musa Nağıyev tikinti və daşınmaz əmlaka sərmayə qoymaqla sabit gəlir əldə etdi və o zaman Bakıda icarəyə götürülmüş əmlakın ən böyük sahibi oldu.

1906-cı ildə Musa Nağıyev Bakıda balıqçılıq sənayesinin inkişafına əhəmiyyətli təsir göstərdi. Hərracda böyük bir maliyyə yatırımı etdikdən sonra balıqçılıq sənayesində əhəmiyyətli pay sahibi olan milyonçu kürü istehsalına başladı. Beləliklə bölgədəki kürü istehsalının əsas hissəsini 48 balıq emalı müəssisəsi təşkil edirdi. 1909-cu ildə Zaqafqaziya balıqçılıq cəmiyyətinin yaradılmasına təşəbbüs göstərdi.

Lakin Ağa Musa Nağıyev təkcə binaların tikintisi və ticarətə deyil, həm də təhsil və mədəniyyət təşəbbüslərinə sərmayə qoyub. O, gənc nəslin maariflənməsinə xüsusi önəm verib və uzun müddət yarımçıq qalmış Bakı Real Məktəbinin (indi Azərbaycan Dövlət İqtisad Universitetinin binasıdır) tikintisini başa çatdırıb. Ağa Musa məktəbəqədər uşaqlar üçün siniflərin təşkilinə nail olaraq bu təhsil müəssisəsinin əsas himayədarı və qəyyumu olub. Bu qurumu dəstəkləyərək 25 müsəlman qızın təhsil xərclərini də öz üzərinə götürüb. Bu xeyriyyə işləri Ağa Musa Nağıyevə III dərəcəli Müqəddəs Stanislav ordeni şəklində mükafat qazandırıb və 1910-cu ildə Çar II Nikolayın Andreevskaya lentində qızıl medala layiq görülüb.

Musa Nağıyev bir çox digər neft milyonçularından fərqli olaraq yalnız bir dəfə evli olub və o zamanlar yoldaşı Ruqiyyə xanım üçün özəl sifarişlə ev tikdirib. 40-dan çox binanın layihə müəllifi olan Kandinov 1881-1891-ci illərdə Bakı şəhərinin memarı olub. 1887-ci ildə Musa Nağıyevin sifarişi ilə memar Anton Semenoviç Kandinov Spasskaya və Gimnaziya küçələrinin kəsişməsində (Qasım İsmayılov 16, indiki Zargərpalan) ikimərtəbəli malikanə lahiyəsi verib. Bu malikanədə Nağıyevin həyat yoldaşı Ruqiyyə Seyid qızı Nağıyeva yoldaşının vəfatından sonra ömrünün sonunadək yaşamışdı.

Memarlıq layihəsi olan bu ev həcmlərin ifadəli təfsiri, ahəngdar plastik və incə daş oymaları ilə seçilir. Evin görünüşünü zənginləşdirən daha bir heyranedici element memarlıq kompozisiyasına ifadə toxunuşu verən ustalıqla hazırlanmış künc daş fənərdir. Fasadda həmcinin dekorativ şəkildə hazırlanmış daş saatı da görmək mümkündür. Sonda onu da qeyd edim ki, daş binalar Bakının tarixi məhəllələrinin inkişafına sürətlə daxil olmuş və əsaslı yer qoymuşdu.

Related Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

ƏSAS XƏBƏRLƏR

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı

GÜNDƏM

Çəki itkisini qorumaq çətindir; araşdırmalar göstərir ki, pəhriz edənlər iki il ərzində verdikləri çəkinin yarısını,

DİGƏR XƏBƏRLƏR

İspaniyanın Valensiya vilayətindəki dağıdıcı daşqınlardan sonra təbii fəlakət Barselonanı vurub.Baki-Baku.az bu barədə officelife.media-ya istinadən xəbər