Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/31/2025

Paylaşın

GÜNDƏM

Müğənni İlhamə Qasımova: “Minifutbol turniri uşaqlara Vətən sevgisi, birliyə inam, qalibiyyət ruhu aşılayır”

İlhamə Qasımova, Minifutbol, "Zəfərindən Güc Al"

Bu cür yarışlar təkcə idman baxımından deyil, həm də gənc nəsildə milli dəyərlərin formalaşması üçün mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Baki-baku.az-a açıqlamasında tanınmış müğənni İlhamə Qasımova “Zəfərindən Güc Al” devizi altında keçirilən minifutbol turninin final qarşılaşması zamanı deyib.

“Bu cür tədbirlərin, xüsusilə də Zəfər Günü ilə bağlı keçirilən yarışların verdiyi mesajlar çox böyükdür. Çünki burada təkcə oyundan söhbət getmir. Burada uşaqlara Vətən sevgisi, birliyə inam, qalibiyyət ruhu aşılanır. Mənim üçün ən dəyərlisi budur. Uşaqların da iştirak etdiyi tədbirləri çox sevirəm, çünki onların gözlərində saf bir sevinc, təmiz bir həyəcan görürəm. Onlar sabahın gəncləridir, sabahın qalibləridir”.

İfaçı onu da qeyd edib ki, sənət fəaliyyətinə baxmayaraq, müəllimlik onun üçün hər zaman müqəddəs peşə olaraq qalıb:

“Mənim əsl sənətim müəllimlikdir. Buna görə də uşaqların da iştirak etdiyi yarışlar məndə daha xoş təəssürat yaradır. Bu gün burada onların həm oyuna, həm bir-birinə necə hörmətlə yanaşdıqlarını görmək çox təsirli idi. Belə tədbirlər uşaqların formalaşmasında, vətənə bağlı gənclər kimi yetişməsində çox böyük rol oynayır.”

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir, məhz günahkarlıq və məsuliyyət arasındakı çaşqınlıq, böyüklərdə daxili yanma və narahatlığın ən çox rast gəlinən səbəblərindən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin