Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2025

Paylaşın

GÜNDƏM

Minsk Bakının bərk məişət tullantılarının çeşidlənmə layihəsini öyrənmək istəyir

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinin 958 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib.
Baki-baku.az xəbər verir ki, səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov Minsk Şəhər İcraiyyə Komitəsi sədrinin müavini Oleg Korzun ilə görüş keçirib.
Görüşdə qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri, o cümlədən şəhər təsərrüfatı, ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələləri müzakirə olunub.
Oleg Korzun Bakı şəhərinin inkişafını, abadlıq və təmizlik səviyyəsini yüksək qiymətləndirib. O, xüsusilə Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi sahəsində həyata keçirilən layihələrin uğurundan xəbərdar olduğunu qeyd edib və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını bildirib.
Ayaz Hüseynov isə vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı inkişaf edir, şəhərdə geniş miqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bu gün Azərbaycan və Belarus arasında münasibətlərin möhkəmlənməsi hər iki ölkə rəhbərinin siyasi iradəsinin nəticəsidir. O, həmçinin qeyd edib ki, Prezident Ilham Əliyevin tapşırığına əsasən Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının çeşidlənmə layihəsi uğurla icra olunur və Bakının bu sahədə təcrübəsini bölüşməyə hazırdırlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Napoli”yə qarşı oyundan əvvəl komandasının Avropa

Ən son

HƏR ŞEYDƏN

Əsasən Zaqatala, Qax, Balakən rayonlarında geniş hazırlanır

HƏR ŞEYDƏN

Əsasən Zaqatala, Qax, Balakən rayonlarında geniş hazırlanır
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin