Nəşr edilmişdir 10/01/2024

Paylaşın

XƏBƏRLƏR

Sahil Babayev: Prezidentin tapşırıqlarına əsasən, minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb

Prezidentin tapşırıqlarına əsasən, minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb.

“BakıBaku” APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib. O deyib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcəkdir.

İclasda, həmçinin sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb. Bildirilib ki, hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirilir. Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.

Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin maliyyə alətlərinə uğurla investisiya edildiyi, əldə olunan gəlirlərin sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyi qeyd edilib.


İclasda Kollegiya tərəfindən elektrik, ticarət, mədənçıxarma sahələri üzrə daha 26 peşə və kvalifikasiya standartı təsdiqlənib. Əmək, məşğulluq, sosial sığorta, pensiya, əlillik, sosial təminat, maliyyə və satınalmalar sahələrində görülmüş işlər və gələcək hədəflər müzakirə olunub.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. “BakıBaku” AZƏRTAC-a istinadən xəbər verir ki, Sentyabrın 26-da iqtisadi məsələlərə həsr

xəbərlər

Ən son

XƏBƏRLƏR

Bakının bir sıra yollarında nəqliyyatda sıxlıq müşahidə olunur. “BakıBaku” Oxu.Az-a istinadən  xəbər verir ki, bu

XƏBƏRLƏR

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. AZƏRTAC xəbər

XƏBƏRLƏR

Vladimir Putin: “Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir”. AZƏRTAC xəbər verir ki, bu sözləri