Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/01/2026

Paylaşın

GÜNDƏM

Milli mətbuatın “Bakı” zirvəsi

WhatsApp Image 2026-06-01 at 12.17.43

Heydər Əliyev: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və hadisələri düzgün analiz bacarığı tələb edən sənətdir”

“Əkinçi”, “Füyuzat”, “Molla Nəsrəddin” ədəbi məktəblərindən sonra milli mətbuat tariximizdə mühüm yer tutan “Bakı” və “Baku” qəzetlərinin təməlini qoymaqla Bakının aynasını yaradan görkəmli jurnalist, professor Nəsir İmanquliyev sübut etdi ki, bütün dövrlərdə qələmin və kələmin müqəddəsliyi ilə millətə, məmləkətə xidmətdə bulanmaq mümkündür.

1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan “Bakı” milli-mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. Oxucu auditoriyası ilə o dövrün, “Kommunist”, “Vışka”, “Bakinski raboçi” kimi yüz min tirajla çap olunan məşhur qəzetlərinin səviyyəsinə çatdı. Dili, üslubu, yazı manerası, hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik, operativ şəkildə əks etdirməsi “Bakı”nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq aləmdə baş verən hadisələrə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar özünə yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının üslubunu gətirən “Bakı” qəzeti ədəbi səhifələri ilə tez bir zamanda şöhrətlənməyə başladı. Respublikamızda və dünyada baş verən hadisələrə ayna tutan “Bakı” dövrünün məşhur qələm sahiblərinin, gənc istedadların, ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən insanların tribunasına çevrildi.

Nəsir İmanquliyev: “Jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur”

Qəzetin elə birinci sayından, şəhərin qaynar həyatını, quruculuq işlərini işıqlandırmağa çalışan, “Qəzet yaxşı yazıları ilə hörmətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir. Biz ilk növbədə qəzetin ətrafına güclü qələm sahibləri toplamağı, sənət adamlarının yazılarını verməyi vacib sayırdıq. Adlı-sanlı adamların, yazıçı və şairlərimizin qələmindən çıxan hekayələr, oçerklər, reportajlar oxucuların qəlbinə yol tapır, onlar tərəfindən rəğbətlə qarşılanırdı…” “Yazı yazın, səs salıb mis kimi cingildəsin” nidasına tapınıb “Bakı”nı “Əkinçi”nin, “Molla Nəsrəddin”in mənəvi varisinə çevirən, “Jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur” deyib, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Qurbanov, Famil Mehdi, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov, Oktay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov, Zemfira Məhərrəmli, Hacı Babayev, Leonid Qerçikov, Vyaçeslav Sidorenko kimi neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir müəllim ustadlıq zirvəsinin birinci mərhələsini gözünün nuru ilə qurduğu jurnalistika fakültəsinin auditoriyalarında yaşayırdısa, ikinci mərhələsini nəzəriyyə ilə təcrübənin vəhdətində qurub-inkişaf etdirdiyi “Bakı” qəzetinin redaksiyasında yaşayırdı.

“Baku” rusdilli auditoriyanın ciddi informasiya mənbələrindən birinə çevrildi

1958-ci il yanvarın 10-da kiçik formatda Bakı şəhər Sovetinin mətbu orqanı olaraq fəaliyyətə başlayan “Bakı” qəzeti beş il sonra – 1963-cü ilin 1 iyununda böyük formatda nəşrini davam etdirdi. Həmin gün həm də “Bakı” qəzetinin “Baku” adlı rusdilli versiyası oxucuların görüşünə gəldi. “Bakı” qəzetində dərc olunan çoxsaylı elmi-publisistik məqalələrin, bədii əsərlərin rus dilinə tərcüməsini oxuculara təqdim edən “Baku” həm də rusdilli auditoriyanın ciddi informasiya mənbələrindən birinə çevrildi.

Bu gün rəqəmsal formatda fəaliyyətini davam etdirən “Bakı” və “Baku” qəzetləri ölkənin media və kommunikasiya  sisteminin inkişafına töhfələr verir, cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində mühüm nailiyyətlərə imza atır. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanın cüdo millisi Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl medal qazanıb.

Ən son

GÜNDƏM

Heydər Əliyev: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və hadisələri düzgün

GÜNDƏM

Heydər Əliyev: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və hadisələri düzgün
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin