Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/20/2026

Paylaşın

GÜNDƏM

Mikayıl Cabbarov: Məşğulluğun leqallaşdırılmasından daxil olan gəlirlərin həcmi üç dəfədən çox artıb

Mikayıl Cabbarov, WUF13

Çox vaxt siyasətçilər və hökumətlər belə bir problemlə üzləşirlər. Bir tərəfdən, bu növ mənzil və yaşayış məskənləri ilə bağlı böyük bir kölgə iqtisadiyyatı fəaliyyəti mövcuddur, digər tərəfdən isə sizin maliyyələşməyə ehtiyacınız var.

Baki-baku.az xəbər verir ki, bu sözləri “Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi” adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Azərbaycanda biz bunu 2019-cu ildən 2025-ci ilə qədər yeddi il ərzində həyata keçirdiyimiz xüsusi hədəflənmiş islahat çərçivəsində etdik. İnsanlar sosial müdafiə sistemindən kənarda idilər, ödənişlər nağd şəkildə olurdu və hökumət bundan heç bir gəlir əldə etmirdi. Yekunda isə biz elə bir vəziyyətə nail olduq ki, şəxs sosial təminat sisteminə inteqrasiya edilir, sosial sığorta haqları üzrə formalaşan gəlirlərin bir hissəsi isə sosial müdafiə ehtiyacı əsasında mənzilə ehtiyacı olanların mənzillə təmin edilməsinə yönəldilir”, – deyə Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xüsusi nümunəsində, bu yanaşma həmin icma daxilində məşğulluğun leqallaşdırılmasından daxil olan gəlirlərin həcminin real ifadədə üç dəfədən çox artması ilə nəticələndi. Bu isə, məhz həmin insanların sosial ehtiyaclarının qarşılanması üçün əhəmiyyətli bir maliyyə mənbəyi yaratdı.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün – mayın 20-də dünyaya göz açan Azərbaycan opera səhnəsinin ilk qadın ifaçılarından biri Həqiqət Rzayeva təkcə

Ən son

GÜNDƏM

Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) fəaliyyətini yüksək qiymətləndirir.

GÜNDƏM

Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) fəaliyyətini yüksək qiymətləndirir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin