Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/08/2026

Paylaşın

HƏR ŞEYDƏN

Miçətkənin altında keçən yaylar – Bakı bağlarının unudulmaz gecələri

WhatsApp Image 2026-07-08 at 15.57.30

Bir vaxtlar Bakı bağlarında yay gecələrinin öz qaydası vardı. Günəş batmağa yaxın həyətə su səpilər, isti torpaqdan xoş bir qoxu qalxardı. Gün ərzində isinən divarlar və damlar yavaş-yavaş soyuyar, bağa sakitlik enərdi.
Evin böyükləri döşəkləri, yastıqları, nazik yay yorğanlarını eyvana çıxarardılar. Uşaqlar isə səbirsizliklə bu sözü gözləyərdi: — Miçətkəni də qurun…

Bəzi yerlərdə ona miçətkən, bəzi kəndlərdə isə çəpkən deyirdilər. Nazik tənzifdən hazırlanan bu örtük ağcaqanadlardan və digər həşəratlardan qoruyurdu. Yatağın üstündən dörd tərəfə bağlanar, ətəkləri döşəyin altına keçirilərdi. Kənardan baxanda balaca ağ çadıra bənzəyirdi.
Uşaqlar üçün isə miçətkən sadəcə qoruyucu örtük deyildi. O, gecənin içində qurulan ayrıca bir dünya idi. Bayırdakı səslər eşidilər, külək hiss olunar, yarpaqların kölgəsi ağ tənzifin üstündə oynayardı. Ağcaqanadların vızıltısı torun o biri tərəfindən gələr, uşaqlar isə özlərini dünyanın ən təhlükəsiz yerində hiss edərdi.
Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Pirşağı, Novxanı və başqa Abşeron bağlarında yay həyatı tamam fərqli idi. Eyvan gündüz qonaq otağı, axşam çay süfrəsi, gecə isə yataq otağına çevrilirdi. Samovarın közü sönər, armudu stəkanların səsi kəsilər, böyüklərin söhbəti asta-asta yuxuya qarışardı.

Gecə tam səssiz olmazdı. Uzaqdan dənizin uğultusu gələr, külək ağacların arasından keçər, haradasa bir it hürər, qonşu bağdan radio səsi eşidilərdi.
Miçətkən çox vaxt evdə tikilib hazırlanar, illərlə istifadə olunardı. Yayın sonunda yuyulub gələn yaya saxlanılardı. Növbəti yay miçətkən istifadə üçün açılan zaman ondan təmiz parçanın, köhnə sandığın və keçmiş günlərin qarışıq qoxusu gələrdi.

Bu gün bağ evləri dəyişib. Eyvanlar şüşələnib, otaqlara kondisioner qoyulub, pəncərələrə tor çəkilib. Uşaqlar yarpaqların kölgəsinə deyil, telefon ekranına baxırlar. Rahatlıq artıb, lakin o ulduzlu gecələrin doğmalığı, hərarəti bir qədər azalıb.

Miçətkənin altında keçən gecələr sadəcə yay xatirəsi deyildi. Orada ailənin nəfəsi, doğmaların səsi, bağın sakitliyi və uşaqlığın qayğısız günləri yaşayırdı. İllər keçsə də, isti torpağın qoxusu, yarpaqların xışıltısı və gecənin içində ağaran o balaca çadır yaddaşdan silinmir. Miçətkən çoxdan sandıqlarda qalıb, lakin onun altında keçən yaylar hələ də xatirələrimizdə yaşayır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Bakı” qəzetində çalışdığım illərdə çox çətin sınaqlardan keçmişik.

Ən son

Uncategorized

Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq.

Uncategorized

Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin