Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/22/2025

Paylaşın

GÜNDƏM

“Memar Əcəmi” metrostansiyasındakı keçiddə təmir işləri başa çatıb

“Memar Əcəmi” metrostansiyasındakı keçiddə, “Memar Əcəmi” metrostansiyası, Bakı Metropoliteni

“Bakı Metropoliteni” QSC Yaşıl xətdə yerləşən “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidi və giriş-çıxışlarında aparılan əsaslı təmir işlərini yekunlaşdırıb.

Baki-baku.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

Bildirilir ki, 1985-ci ildən istismar edilən keçiddə təmir zamanı köhnə divar üzlükləri, döşəmə daşları və bəzi konstruksiyalar texniki-təhlükəsizlik qaydalarına riayət olunmaqla, mərhələli şəkildə dəyişdirilib. Divar və döşəmə üzlükləri daha keyfiyyətli analoqları ilə əvəzlənib, keçidin tavanı yüksək keyfiyyətli inşaat materialları ilə təmir olunub.

Giriş-çıxışların ətrafı, yerüstü sahə abadlaşdırılıb, keçidin çöl hissəsində yan divarların ətək zonası genişləndirilərək səki formasına salınıb.

Piyadaların, fiziki məhdudiyyətli insanların, o cümlədən uşaq arabaları ilə hərəkət edən şəxslərin rahatlığını təmin etmək məqsədilə keçidin üst hissəsində yerə xırda tamet daşları döşənib, panduslar yerləşdirilib və istirahət üçün oturacaqlar quraşdırılıb.

Həmçinin yerüstü hissə metal dirəklərlə çəpərlənərək ətrafda avtomobillərin səbəb olduğu xaotik vəziyyətin qarşısı alınıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Человечество веками грезило о бессмертии, но последние научные открытия указывают на существование четких биологических границ жизни.

Ən son

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin