Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/22/2025

Paylaşın

GÜNDƏM

MEDİA: Azərbaycan daxili işlər naziri adından saxta açıqlama yayılıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan daxili işlər naziri Vilayət Eyvazovun adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb.
Baki-baku.az-ın məlumatına görə, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, son günlər kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir.
“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, – deyə məlumatda vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva “QHT Forumu: Qlobal

Ən son

GÜNDƏM

Son günlər həm Türkiyənin Kayseri şəhərində, həm də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü yağışlar

GÜNDƏM

Son günlər həm Türkiyənin Kayseri şəhərində, həm də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü yağışlar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin