Nəşr edilmişdir 03/09/2025

Paylaşın

GÜNDƏM

Mart ayında Bakıda ən yaxşı sərgilər

Martın 1-də Azərbaycan Milli Xalça Muzeyində “Min naxış bir çul üstündə” sərgisi açılıb. Sərgidə muzeyin kolleksiyasında yer alan, ölkəmizin müxtəlif guşələrində – Bakı, Şirvan, Qazax, Qarabağda toxunmuş bir-birindən gözəl, zəngin naxışlı 25 çul nümunəsi təqdim edilir.

Çul müxtəlif minik və ya yük daşıyan ev heyvanlarının (at, dəvə, eşşək, öküz və s.) belini örtmək, bəzən də onları bəzəmək üçün toxunan örtükdür. Azərbaycanda çul əsasən xovlu və xovsuz xalçatoxuma texnikası, bəzən də tikmə (güləbətin, təkəlduz, cülmə), qurama üsulları ilə istehsal olunurdu. Mərasimlərdə, el bayramlarında at və dəvələrin əzəmətli, yaraşıqlı görünməsi üçün üstlərinə çul salınırdı. Qışda isə çul heyvanları soyuqdan qorumaq üçün istifadə edilirdi.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış e.ə. II minilliyə aid gildən düzədilmiş at fiqurunun üzərindəki gül-çiçək bəzəkli çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsində aşkarlanmış e.ə. I minilliyə aid qızıl camın səthindəki aslan təsvirinin üstündə çulun olması bu xalça məmulatının tarixinin qədimliyini sübut edir. Təbriz miniatür sənətinin tanınmış nümayəndələrinin yaratdıqları əsərlərdə də zəngin naxışlı çul təsvirlərinə rast gəlinir.

Orta əsrlərdə hökmdar və saray əyanlarının atları üçün xüsusi sifarişlə toxunan çullar yun, rəngbərəng ipək, bəzən də qızıl, gümüş saplardan hazırlanır, daş-qaşla bəzədilirdi.

“Min naxış bir çul üstündə” sərgisi aprelin 1-dək davam edəcək.

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) fərdi sərgisi açılacaq.

Ekspozisiyada böyük meyvə və tərəvəz heykəllərinin müəllifi Cüzeppe Kartanın 120-dən çox əsəri sərgilənəcək.

Müəllif əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaratdığından onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim edilmiş olacaq. Həmin kompozisiyaların arasında xüsusi sənətkarlıqla işlənilən, yaradılması böyük zaman tələb edən fındıq, moruq, şaftalı, çili bibərinin unikal heykəlləri və instalyasiyalar yer alacaq.

Əsərlər mövzunun sadəliyi baxımından tamaşaçıya çox yaxındır, eyni zamanda təbiətin bizə bəxş etdiyi nemətlərin nə qədər dəyərli olduğunu ifadə edir. Məhz bu xüsusiyyət Cüzeppe Karta yaradıcılığının incəsənət nöqteyi-nəzərindən ümumbəşəri mesajını çatdırır.

“Təbiətin nemətləri” sərgisi Heydər Əliyev Mərkəzində 2026-cı ilin yanvar ayınadək davam edəcək.

Əsərlər Mərkəzin park ərazisi və sərgi zalında nümayiş olunacaq. Nar, zeytun, üzüm və s. heykəlləri Cüzeppe Kartanı dünyaya sülhü, torpağı və xalqların mədəniyyətini təbliğ edən incəsənət xadimi kimi tanıdıb. Onun sənətinin əsas mövzusu təbiət və torpağın nemətləridir. O, bu mövzunu həyatın, ümidin, yenidən doğuluşun və cücərmənin universal rəmzi kimi təsvir edir.

Heydər əliyev Mərkəzində yeni sərgi təqdim olunacaq.

Martın 14-də Heydər Əliyev Mərkəzində Belarus heykəltəraşı Andrey Ostaşovun “gülün sirri” adlı sərgisi açılacaq.

Sərgidə müəllifin “yuxu səyahətində”, “pişik qız və tısbağaların rəqsi”, “fan və albalı”, “ürəyi olan qız”, “günəşin uşaqları”, “Hind fili və kəpənəklər” kimi əsərləri nümayiş olunacaq.

1970-ci ildə Belarusiyada anadan olan Andrey Ostaşovun yaradıcılıq yolu Belarusiya, Rusiya və Avropanın sənət məktəblərinin təsiri altında formalaşmışdır.

Heykəltaraş artıq yox olan estet-filosof rəssamlarının nəslinə aiddir. Heykəltəraş Uzaq Şərq bölgəsinin məişət və tətbiqi sənət əşyaları, samuray və Teddy Oyuncaq ayılarının, nağıl şahzadələrinin və şamanların təsvirləri ilə cəsarətlə oynayır.

Belarus Rəssamlar İttifaqının üzvü Andrey Ostaşovun əsərləri Belarus Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında, Avropa və Asiyanın şəxsi kolleksiyalarında yerləşir.

Heykəltəraşın fərdi sərgiləri Monako, Paris, Pekin, Sankt-Peterburq, Tbilisi, Şanxay, Vyana və s. yerlərdə təşkil olunub.

Andrey Ostaşov dünyanı, xüsusən də Asiya ölkələrini çox gəzir, ilham alır və yaradıcı material toplayır. Onun diqqət mərkəzində insanın daxili dünyası dayanır. Təsadüfi deyil ki, Bakıdakı sərgi “gülün sirri”adlanır. Bu çiçək xarici gözəlliyin və mənəvi dərinliyin, əlçatmazlığın və əzəmətin, gücün və kövrəkliyin harmoniyasını təmsil edir.

Yalnız eksponatlara baxmağı deyil, onların mənasını axtarmağı və yaradıcılıq prosesinin bir hissəsi olmağı təklif edir.“

Y.Pen, Y.Kruqer Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərgi açılacaq.

12 mart 2025-ci il tarixində saat 18:30-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş rəngkarlıq və qrafika əsərlərindən ibarət “Y.Pen, Y.Kruqer. Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərgi açılacaq.

Bu ekspozisiyada görkəmli Belarus rəssamları Yuri Pen (1854-1937) və Yakov Kruqerin (1869-1940) bədii irslərinin, eləcə də onların tələbələrinin bütöv bir pleyadasının – dünyaşöhrətli Mark Şaqal və Mixael Kikoin, Belarus SSR-nin Xalq rəssamı İvan Axremçik, sovet, Belarus rəngkar və qrafikləri Lev Zevin, Mixail Kunin, Lev Leytman, Lazar Ran, Yefim Poyak, Vyaçeslav Rutsay, Mixail Stanyut, Solomon Yudovin, Pyotr Yaviç kimi Belarus milli incəsənət məktəbinin “portretini” yaratmış müxtəlif bədii cərəyanların nümayəndələrinin yaradıcılığı əks olunub.

Sərgidə Belarus Respublikası Milli İncəsənət Muzeyi ilk dəfə olaraq Azərbaycan Respublikasında muzeyin kolleksiyasında yer alan XIX əsrin sonu – XX əsrin ortalarına aid 61 rəngkarlıq və qrafika əsərini təqdim olunacaq.

Sərgi 4 may 2025- ci il tarixinədək davam edəcək.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhvali-ruhiyyəsi yaradılıb.

Ən son