Nəşr edilmişdir 11/16/2024

Paylaşın

KÖŞƏ YAZILARI

Məşhur həkim, yazıçı və xeyriyyəçinin həyat hekayəsi

Əbdülxalıq Axundov

1912-ci ildə Vvedenskaya küçəsində (indiki Bünyad Sərdarov) mühəndis Hacı bəy Axundovun layihəsinə əsasən, doktor Əbdülxalıq Axundova məxsus dördmərtəbəli bir ev tikildi. Bina memarlıq formasına görə “Art Nouveau” elementlərini birləşdirən və həcmlilik verən künc pəncərələri ilə diqqəti cəlb edirdi. Böyük pəncərə açılışları və çox az görünən haşiyələr şaquli ayırmalar şəklində olmaqla elektik effekti yaradırdı. Otaqların düzülüşü, möhkəmləndirilmiş daş döşəmə metodlarından istifadə edərək çəkilən gizli elektrik naqilləri, mərkəzi istilik sistemi və dəmir-beton konstruksiyalar müasir santexnika sistemini xatırladır. Daha bir maraqlı element həyətdəki açıq metal pilləkəndir.

Bəs Əbdülxalıq Axundov kim idi?

Əbdülxalıq Axundov 1863-cü ildə dəmirçi ailəsində anadan olub. Atası dindar idi və oğlunu Quranı öyrənməyə göndərmişdi. Əbdülxalıq Quranı o qədər yaxşı mənimsəmişdi ki, hətta müəlliminin diqqətindən məsələlərə düzəliş edirdi. Günlərin birində şəhər rəhbərliyi kadastr işləri aparmaq üçün komissiya yaratdı. Komissiyanın təlimatlarına əməl etmək üçün ərəb dilində yaxşı bilən mütəxəssis tələb olunurdu. Heç kim mətni rus dilinə tərcümə edə bilmirdi. Özü də komissiyanın üzvü olan Əbdülxalıqın atası oğlunu tərcüməçi kimi tövsiyə etdi (sadə bir dəmirçinin belə bir komissiyanın üzvü olması da maraqlıdır). Seçim uğurlu oldu, Əbdülxalıqın köməyi sayəsində ərəb dilində olan mətnin dəqiq tərcüməsi komissiyanın işini xeyli asanlaşdırdı.
Əbdülxalıq Şəhər Şurasının tərcüməçisi olan Serebryakovdan rus dili dərsləri də alırdı. Bakı qubernatoru Əbdülxalıqın atasına minnətdarlıq əlaməti olaraq hansısa xahişini yerinə yetirə biləcəyini dedi. Ancaq atası təklifi qəbul etməyib heç bir şeyə ehtiyacı olmadığını söylədi. Tərcüməçi Serebryakov Əbdülxalıqın təhsil müəssisəsində oxumasına kömək etməyi xahiş etdi. Qubernator razı oldu və Əbdülxalıqı məktəbə yerləşdirməyə çalışdı. Lakin 15 yaşı olduğundan onu ibtidai məktəbə qəbul etmədilər. Sonra Əbdülxalıq təhsil müəssisəsinə müəllim köməkçisi təyin edildi və gimnaziyaya köçürüldü. 4 illik zəhmətdən sonra o, gimnaziyanı uğurla bitirdi.
Sonralar Əbdülxalıd Axundov Almaniyanın Erlangen şəhərində Fridrix Aleksandr adına Universitetin Tibb fakültəsində təhsil aldı, 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirib alman dilində dissertasiya müdafiə etdi. Bütün klinik sahələrə maraq göstərən Əbdülxalıqın oftalmologiyaya xüsusi rəğbəti vardı. Universitetdə oxuyarkən 1888-ci ildə “Koloboma oculi” adlı monoqrafiya nəşr etdirdi. Çar hakimiyyətinin qaydalarına əsasən, 1893-cü ildə Yuriyev şəhərinin Tibb fakültəsində (indiki Tartu, Estoniya) əlavə dövlət imtahanından keçməli oldu. Çünki bu təhsil müəssisəsi Çar Rusiyasında alman dilində təhsil verən yeganə qurum idi.
1902-ci ildə Əbdülxalıq Axundov Bakı Şəhər Xəstəxanasının baş həkimi təyin edildi. Onun vətəninə qayıtması dəhşətli fəlakətlə üst-üstə düşdü: Hindistandan İran vasitəsilə Bakıya vəba epidemiyası yayılmışdı. Doktor Əbdülxalıq Axundov iki tibb bacısı ilə birlikdə epidemiya tamamilə aradan qaldırılana qədər mübarizə apardı. Əbdülxalıqın bu şücaəti hökumət tərəfindən yüksək qiymətləndirildi və ona “İrsi zadəgan rütbəsi” verildi. Bu, Əbdülxalıqa Bakı Şəhər Dumasının üzvü olmağa imkan yaratdı. Duma üzvü olarkən o, Rusiyada cüzam xəstələri üçün xəstəxana yaratmaq təşəbbüsünü qaldırdı. Eyni zamanda Bakıda ruhi xəstələr üçün ilk xəstəxananın tikintisini təşkil etdi. Daha sonra ilk müasir mətbəə və aptekin açılmasına da nail oldu.
Əbdülxalıq həftədə iki dəfə yoxsul xəstələr üçün pulsuz qəbul keçirirdi. Onun reseptləri ilə bu xəstələr dərmanlarını aptekdən pulsuz ala bilirdilər.
XX əsrin əvvəllərində Əbdülxalıq Axundov geniş mədəni-maarif işi aparıb. Uşaqların təhsil almasını təbliğ etmək məqsədilə Azərbaycan dilində “Əvvəli hənək, axırı dəyənək” adlı 3 hissəli komediya yazıb. Çox keçmədən bu pyes həvəskar teatrların səhnələrində tamaçaya qoyuldu.
Əbdülxalıq Axundov Birinci Dünya müharibəsi zamanı yaradılan “Səadət” xeyriyyə təşkilatının təsisçilərin biri olub. O, 1909-cu ildə Azərbaycan dilində təhsilyönümlü məşhur “Zənbur” satirik jurnalını nəşr etdirib. Bu jurnal Azərbaycanın tanınmış jurnalistləri, yazıçıları, şairləri və rəssamları öz ətrafına toplamışdı.
Əbdülxalıq Axundov 1914-cü ildə “Müalicə”, 1916-cı ildə “Uşaqların sağlamlığına qayğı” adlı kitablarını yazdı. 1919-cu ildə isə onun “Həzm sistemi xəstəlikləri” adlı əsəri nəşr olundu. Bütün nəşrlər Bakıda öz mətbəəsində çap olunurdu. Əbdülxalıq Axundov sonralar Bakıda Həkimlər Cəmiyyətini qurdu və bir kitabxana yaratdı. 1920-ci ildə Sovet hakimiyyətinin gəlişindən sonra xəstələri müalicə etməyə davam edərək Hərbi Xəstəxananın rəisi vəzifəsini icra etdi.
Ancaq Azərbaycanın əksər dəyərli övladları kimi, bolşevik zorbalığı bu tanınmış ziyalıdan da yan keçmədi. Onlar həkimin evinə girib bütün dəyərli əşyalarını götürdülər və tibbi alətlərini məhv etdilər. Əslində, bu onun üçün gələcək dəhşətli günlərin siqnalı idi. Bu səbəbdən də Nəriman Nərimanovun revmatizmin müalicəsi bəhanəsi ilə təşkil etdiyi səfərlə Təbrizə gedərək Sovet Azərbaycanını tərk etmək məcburiyyətində qaldı. O, təşkilatçılıq fəaliyyətini burada da davam etdirdi, yoxsullar üçün xəstəxana qurdu. Eyni zamanda qadın gigiyenası haqqında kitab yazdı. Lakin bu nəşr sonradan şovinizm üzündən məhv edildi.
Əbdülxalıq Axundov 1950-ci ildə Tehranın Kuli rayonunda vəfat edib.

Loading

Related Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən