Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/07/2026

Paylaşın

GÜNDƏM

“Linkedln”in Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya üzrə HR fəaliyyəti Bakıdan idarə olunacaq

Dünyanın ən peşəkar biznes platforması olan “LinkedIn” ilə imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsinə əsasən Azərbaycan HR İnstitutu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə “LinkedIn”nin rəsmi tərəfdaşı olub.
Baki-baku.az xəbər verir ki, bu tərəfdaşlıq çərçivəsində Azərbaycan HR İnstitutu region ölkələrində fəaliyyət göstərən özəl və dövlət sektoruna aid təşkilatlara “LinkedIn Talent Solutions”un tam portfelini təqdim edəcək. Əməkdaşlıq istedadların cəlb edilməsi, işə qəbul proseslərinin optimallaşdırılması, əmək bazarı analitikası, HR brendinq və insan kapitalının inkişafı sahələrində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə imkan yaradacaq.
Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov açıqlamasında bildirilib ki, bu əməkdaşlıq yalnız tərəfdaşlıq deyil, eyni zamanda region üzrə strateji genişlənmə və təşkilatların transformasiyası baxımından mühüm addımdır. Məqsəd regionda fəaliyyət göstərən qurumların böyüməsinə, rəqabət qabiliyyətinin artırılmasına və davamlı inkişafına dünya səviyyəli istedad həlləri ilə dəstək verməkdir.
Emil Hüseynov “LinkedIn” rəhbərliyinə göstərilən etimada və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib və bu tərəfdaşlığın region üzrə uzunmüddətli dəyər yaradacağını vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında fevralın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Baki-Baku.az-a Milli

Ən son

GÜNDƏM

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətən uğrunda canından keçən qəhrəman gizir Mübariz İbrahimovun doğum günüdür

GÜNDƏM

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətən uğrunda canından keçən qəhrəman gizir Mübariz İbrahimovun doğum günüdür
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin