Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Çinin ölkəmizdəki səfiri Lu Mey ilə birlikdə “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva bu barədə rəsmi “Instagram” səhifəsində paylaşım edib.
O, paylaşımda “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinə səmimi ziyarəti və hədiyyələri üçün Çin səfirinə təşəkkür edib.