Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/23/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.

Baki-baku.az xəbər verir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.

Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin zəruriliyini sübut edir.

Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə “Sıfır Tullantı” prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.

Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş “Torpağın münbitliyi”, “Mətbəxin toplanması” və “Əllərin ustalığı” adlı üç əsas mövzunu əhatə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Moskvanın CSKA komandasının futbolçusu Qabriyel Abudi Onqene Rusiya Federasiyasının vətəndaşı olub.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin