Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Lənkəran

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkərana səfəri zamanı şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva Vətən müharibəsi şəhidi Ülfət Babazadənin xatirəsini ehtiramla yad edib, qəhrəmanımızın həyatı, döyüş yolu, eləcə də ailənin qayğı və ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, Ülfət Qabil oğlu Babazadə Lənkəran rayonunun Daştatük kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Babazadə Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində aparılan döyüşlərdə igidlik göstərib. O, 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri, "Agalarov Development"in prezidenti, "Sea Breeze" kurort şəhərinin

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin