Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/18/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib

Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə

Martın 18-də – İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyi keçirilib.

Baki-baku.az xəbər verir ki, Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində şəhid övladları ilə birgə olub.

Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin, animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə və şou-proqramlara qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.

Bayram şənliyinin sonunda doğum günü olan uşaqlarla birgə tort kəsilib və tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqları, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladlarını hər zaman diqqətdə saxlayır. Fond bu kateqoriyadan olan uşaqlar üçün mütəmadi tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim layihələr reallaşdırır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baş Dövlət Yol Polisi İdarəsi Bakıya giriş-çıxış yollarında fasiləsiz hərəkətin təmin edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirir.

Ən son

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.

HƏR ŞEYDƏN

Uşaqların kitab oxuma vərdişini artırmaq valideynlərin və müəllimlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin