Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Lənkəran

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatında olub.

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından tanış olub. Bildirilib ki, təsərrüfat Lənkəranın ənənəvi çayçılıq mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı xatirə şəkilləri çəkdirilib.

Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini əhatə edir. Bunun 55 hektarını çay plantasiyası təşkil edir. Ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli istehsalın inkişafına və regionda məşğulluğun artırılmasına töhfə verdiyi vurğulanıb, təsərrüfatın aqroturizm məkanı kimi potensialı xüsusi qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Bakı Media Mərkəzinin rəhbəri Arzu

Ən son

GÜNDƏM

Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.

GÜNDƏM

Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin