Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/27/2025

Paylaşın

GÜNDƏM

Laçın Şəhəri Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub

Laçın Şəhəri Günü

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın Şəhəri Günü üçüncü dəfə təntənə ilə qeyd olunub.

Baki-baku.az xəbər verir ki, Şəhəri Günü ilə əlaqədar Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

Konserti Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, doğma yurda qayıdan sakinlər, eləcə də bu il “MDB-nin mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Laçında təşkil edilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan iştirakçıları izləyiblər.

Konsert proqramı Fəxri Kazım Nicatın ifasında

Elza İbrahimovanın “Ey Vətən” mahnısı ilə başlanıb. Sonra müğənnilər Vəfa Vəzirova Ələkbər Tağıyevin “Azərbaycan qızıyam”, Aygün Şükürova Rabil Səfərlinin “O qədər dəyərlisən”, Humay Aslanova Tofiq Quliyevin “Xalqımın günləri”, Əməkdar artist Ehtiram Hüseynov və “Laçın” muğam qrupu Məhəbbət Kazımovun “Laçınım”, Əməkdar artistlər Almaz Orucova T.Quliyevin “Azərbaycana gəlsin”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi”, Elza Seyidcahan “Laçının dağlarında” mahnılarını ifa ediblər. Elvin Axundov isə “Aşıq havası”nı səsləndirib.

Bayram konsertinə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da öz töhfəsini verib. Kollektiv Üzeyir Hacıbəylinin “Cəngi” əsərini, “Ay Ləli” xalq mahnısı və “Yallı” xalq rəqsini ifa edib.

Konsert proqramı Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ifasında Cavanşir Quliyevin “Bura Vətəndir” və Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnıları ilə başa çatıb.

Bütün ifalar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, 26 avqust – Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təqvimimizə yazılıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb

Ən son

HƏR ŞEYDƏN

Əlaqə vasitələrindən sosial şəbəkələrə, ağıllı telefonlardan video zənglərə qədər texnologiya gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

HƏR ŞEYDƏN

Əlaqə vasitələrindən sosial şəbəkələrə, ağıllı telefonlardan video zənglərə qədər texnologiya gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.