Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

Komitə sədri: “Urban Expo” sərgisində Azərbaycanın şəhər transformasiya təcrübəsi təqdim olunacaq

“Urban Expo” sərgisi, WUF13, Anar Quliyev

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakı Olimpiya Stadionunda təşkil olunan “Urban Expo” sərgisində iştirak edən qurumların əhəmiyyətli hissəsini vətəndaş cəmiyyəti təmsilçiləri təşkil edir.

Baki-baku.az xəbər verir ki, bu barədə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forum çərçivəsində keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, tərəfdaş kateqoriyaları üzrə sərgidə 15 akademik və tədqiqat institutu, 136 vətəndaş cəmiyyəti təşkilatı, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap təmsil olunur. Eyni zamanda 41 milli hökumət pavilyonu, 10 dövlət şirkəti, həmçinin 6 yerli və regional hökumət nümayəndəliyi də sərgidə iştirak edir.

Anar Quliyev qeyd edib ki, “Urban Expo” çərçivəsində 1500 kvadratmetr sahəni əhatə edən Azərbaycan pavilyonu ölkənin şəhərsalma sahəsindəki təcrübəsini və inkişaf istiqamətlərini təqdim edəcək.

Onun sözlərinə görə, pavilyonda Azərbaycanın zəngin tarixi irsi, şəhərsalma inkişaf yolu, turizm potensialı, eləcə də Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri nümayiş olunur. Pavilyon “insanlarla birlikdə baxışdan əməli fəaliyyətə” konsepsiyası əsasında hazırlanıb və ölkənin şəhər transformasiyası prosesini əks etdirir.

Komitə sədri vurğulayıb ki, WUF13 çərçivəsində Azərbaycanın urbanizasiya sahəsində töhfələrini və forumun inkişaf edən dinamikasını göstərən yeni təşəbbüslər də təqdim olunur. Onun sözlərinə görə, “WUF13 Azərbaycan Əməliyyat Şirkəti” tərəfindən hazırlanan standartlar əsasında gələcək ev sahibləri üçün ümumdünya şəhərsalma forumlarına dair vahid məlumatlandırıcı əməliyyat bələdçisinin hazırlanması məqsədilə UN-Habitat ilə əməkdaşlıq nəzərdə tutulur.

“WUF13-ün ən mühüm tarixi nəticələrindən biri ISO 20121 standartının milli səviyyədə qəbul edilməsidir. Bu nəticə bizim böyük miqyaslı beynəlxalq tədbirlərin yalnız uğurla deyil, həm də məsuliyyətli və dayanıqlı şəkildə təşkili öhdəliyimizi nümayiş etdirir”, – deyə Anar Quliyev bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu ilin yanvar-aprel aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə

Ən son

GÜNDƏM

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində mayın 19-dan etibarən "Urban Expo"

GÜNDƏM

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində mayın 19-dan etibarən "Urban Expo"
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin