Nəşr edilmişdir 09/01/2025

Paylaşın

HƏR ŞEYDƏN

Kilsəni məscidə, xristianlığı islama dəyişən tanınmışlar

Xristian olaraq doğulan, “Oskar” mükafatını qazanan ilk müsəlman

İslamı qəbul edən, onda hüzur dolu dünya tapan, imamında, ibadətində özünü bulan digər iki dahi isə “Qurani-Kərim”, “Məhəmməd Peyğəmbər” adı çəkiləndə gözləri dolan, İslamı həyat tərzinə çevurən fransız futbolçu Frank Riblri vasitəsilə müsəlmanlığı qəbul edən Tyerri Anri və İslam dininin bütün şərtlərinə əməl edən, tarixə xristian olaraq doğulan, “Oskar” mükafatını qazanan ilk müsəlman kimi daxil olan Maherşala Alidir. Bu məşhurların sırasında Məhəmməd Əli, Mayk Tayson kimi milyonların sevimlisi olan insanların yer alması da maraq doğuran faktlar sırasındadır.


Üstünə od, alov, atəş yağan fələstinli model Bella Hadidin islamı qəbul etməsi, fələstinəsilli Avropalı kimi özünü xristianlıqda deyil, islamda tapmasını səmimiyyətlə dilə gətirməsi, dünyanın məşhur telekanallarına, dərgilərinə verdiyi müsahibələrdə daşıyıcısı olduğu dinlə qürur tapdığını söyləməsi onun öz inancına ehtiramı ilə bağlıdır.


İslam dinini həyat tərzinə çevirən, özünü onun ümməti hesab edən məşhurlardan biri də, Hollivud ulduzu, dünyaşöhrətli aktyor Uil Smitdir. Məhəmməd Əlinin obrazını canlandırdığı filmdən sonra islam dinini qəbul edən Uil Smitdən sonra Hollivudun digər bir ulduzu Jan Klod Vandam müsəlmanlığı qəbul etməsi də, islam mədəniyyəti tarixində baş verən hadisələrdəndir. Bu cəsarətli addımı dünya kinosunun məşhur simalarından sayılan aktyorun üzünə çox qapıları bağlasa da, rejissorlar tərəfindən filmlərə dəvət almasa da, o özünü xoşbəxt sayır. “Kinoda bütün rollarımı uğurla oynadım. Obrazlar yaratdım. Özümü isə İslamda tapdım. Mən Tanrıma can atıram, onun üçün darıxıram. İslamı qəbul etdiyimə görə məni heçə sayanlar unudurlar ki, ən böyük həqiqət Tanrı, ən böyük sənət isə Tanrı qarşısında onun yaratdığı obrazı canlandırmaqdır.
“Acun Media” qrupun təşkilati dəstəyi ilə yayımlanan məşhur “Survivor” yarışmasının iştirakçısı, “Kainat gözəli” seçilən tanınmış model Almeda Abazi də müsəlmanlığı qəbul edən dünyaşöhrətli ulduzlardandır. 2017-ci ildə Türkiyəli aktyor Tolqahan Sayışmanla ailə quran, əslən albaniyalı olan Almeda Abazi bu seçimi ilə xoşbəxt olduğunu xoşbəxt olduğun bütün müsahibələrində qeyd edir.


“Dəb ikonası, beynəlxalq hüquq üzrə mütəxəssis Amol Kluni də islamı qəbul edən məşhur simalardandır. Məşhur amerikalı cazmen, pianoçu Qurani-Kərimə, MƏhəmməd Peyğəmbər (ə.s.ə.) dininə gəldikdən sonra, adını dəyişərək Əhməd Cəmil edən Frederik Ruesel Jonesin varlığı belə İlahi eşqin, Tanrı sevgisinin, ilsam dəyərlərinin təntənəsinin əlamətidir.

10 milyondan imtina edən Keşiş
Milli mənsubiyyətini deyil, dinini dəyişən, xristianlıqdan islama keçən, müsəlman mədəniyyətini bütün incəliklərinə qədərə anladıqdan, bir keşiş kimi dinlərin, sivilizasiyaların mədəniyyətləri dialoquna müəyyən mənada töhfələr verdikdən sonra İsveçin məşhur keşişlərindən olan 76 yaşlı İohan Mateonun islamı qəbul etməsi dünyaya kilsə zənginin səsinə bərabər səs saldı. Bütün həyatını bir xristian olaraq kilsədə keçirən, keşiş kimi kilsəyə pənah gətirənlərə yol göstərib təsəlli verən İohan ata bir də onda ayıldı ki, “ömür keçib, gün keçib” Tanrıya gedən yolun əsas qibləsini tapmayıb. Ömrünün ahıl çağında – 76 yaşında islamı qəbul edən keşişə Kilsə tərəfindən təkrar olaraq xristianlığa dönməsi üçün 10 milyon dollar təklif edilsə də o, adının rəsmi sənədlərdə belə Əhməd olaraq keçməsi üçün məhkəməyə müraciət edib, onun rəsmiləşdirilməsi üçün təzyiqlərə baxmayaraq, istəyinə nail olub. 76 yaşlı keşiş dünyadan sadəcə müsəlman olaraq köçməsini arzu etdiyini bildirmişdir.


Haqqın dərgahına gedən yolun iki şərti – İman və vicdan
Dinlərin, mədəniyyətlərin dialoquna töhfələr verən, məscidlərə olduğu kimi kilsə və sinaqoqlara da Tanrı evi kimi baxan, “Şərqi xilas və tərəqqi etdirəcək insanlar, Şərqin içindən çıxmalıdır” nidası ilə qələm çalan Mirzə Kazım bəyin xristianlığı qəbul etməsi də din tarixinə yazılan hadisələrdəndir. Millətin tərəqqisi naminə ilk ana dili dərsliyini qələmə alması, Peterburq Universitetinin Şərqşünaslıq bölümünü qurması, məşhur sovet şərqşünasları Berteld, Baskakov kimi tarixi şəxsiyyətlərin mürşidi, ustadı kimi tarixdə qalan Mirzə Kazım bəydən öncə Seyid İmadəddin Nəsimi, ondan sonra isə Hüseyn Cavid və Məhəmməd Hüseyn Şəhriyar “Yeri, tərsa balası, məndə səni saya gəlim”, tutum damənindən kilisayə gəlim” nidası ilə təkcə şah əsərlər yaratmadılar, həm də dinlərin, mədəniyyətlərin, sivilizasiyaların dialoquna töhfədə bulundular.


Din Tanrı dərgahına uzanan yolda bir körpüdür. Dinin bir üzü də haqdır, həqiqətdir, kəlam və qələm müqəddəsliyi ilə bağlı olan gül qoxulu düşüncələrin ümmanı, çeşməsidir. Tanrı niqabını Şərqdə qaldırdı. Əşrəfi dediyi insanı bircə “Ol!” kəlamından xəlq etdi, dörd səma kitabı ilə müjdələdi, 124 min peyğəmbərlə onların öz dilində danışmaq istədi. “Damənindən tutub kilisayə” gedənlər də, kilsəni məscidə dəyişənlər də, ruhu, duyğuları, sevgiləri ilə ibadəti həyat tərzinə çevirənlər də imanın, vicdanın ən böyük şərtlərdən olduğunu etiraf etdilər.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Warner Bros. и New Line объявили о переносе даты выхода фильма "Мортал Комбат 2" с октября этого года

Ən son

GÜNDƏM

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu

GÜNDƏM

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu
Facebook
X (Twitter)
LinkedIn
Email