Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/17/2025

Paylaşın

GÜNDƏM

Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə Kiçik Mərdəkan qəsrində bərpa işlərinə başlanıb.

Bu barədə Baki-baku.az a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, məqsəd abidənin tarixi görkəminin qorunması, uzunömürlülüyünün təmin edilməsi və ziyarətçilərin rahatlığı üçün müvafiq infrastrukturun yaradılmasıdır.

Bərpa zamanı qəsrin təbii təsirlərdən yararsız hala düşmüş daşları çıxarılaraq orijinala uyğun yeniləri ilə əvəz olunur, hörgülərarası birləşmələr xüsusi məhlulla bərpa edilir, müdaxilələr nəticəsində üzərinə müxtəlif yazılar həkk edilmiş hissələr təmizlənir, ilkin səth bərpa olunur, aşınma və nəmə qarşı qoruyucu məhlullar tətbiq edilir.

Bərpa işlərinin 2026-cı ilin yanvar ayında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Kiçik Mərdəkan qəsri XIII əsrə aid müdafiə tikilisidir və Abşeron yarımadasının sahilboyu qalalarının mühüm nümunələrindən hesab olunur.

XII yüzillikdən başlayaraq, Abşeronun müdafiəsinə böyük diqqət ayrılmasının başlıca səbəbi yarımadaya şimaldan qarətçi dəstələrin gəmilər vasitəsilə basqınları idi. Strateji baxımdan əlverişli yerlərdə ucaldılan qalalar yarımadanın hər hansı bir bucağından düşmən təhlükəsi xəbərini qısa zamanda bütün Abşerona yaya bilirdi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

Ən son

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin