Kadrların peşəkar səviyyədə formalaşması üçün nəzəri bilik nə qədər vacibdirsə, praktiki vərdişlər də bir o qədər əhəmiyyətlidir.
Bunu Baki-baku.az-a müsahibəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, ixtisaslı, öz işini mükəmməl bilən kadrların düzgün seçilib yerləşdirilməsi nəticə etibarilə, onların təmsil etdikləri sahədə uğurlara aparan yolda əsas amillərdəndir: “Respublikamız üçün yeni sahə olduğundan Fövqəladə Hallar Nazirliyi fəaliyyətə başlayarkən qarşımızda dayanan əsas hədəflərdən biri də məhz xüsusi bacarıq və istedada malik peşəkar kadr tələbatını ödəməkdən, əməkdaşlarımızın peşə hazırlığının artırılmasından, mühüm istiqamətlər üzrə fəaliyyət sahələrinə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsindən ibarət olub. Bu məqsədlə geniş təcrübəyə malik ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq münasibətləri qurulub, həm respublikamızda, həm də müxtəlif ölkələrdə təşkil olunan təlimlərdə, treninqlərdə, ixtisasartırma kurslarında fəal şəkildə iştirak edən əməkdaşlarımız nəzəri və praktik vərdişlərə yiyələniblər”.
Müsahibənin geniş variantını buradan oxuya bilərsiniz.