Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də antik Roma və Yunanıstan mədəniyyətlərinə gedib çıxır. Lakin bu sənətin formalaşması və geniş yayılması 18-ci əsrə təsadüf edir.
Karikaturanın yaranmasında böyük rol oynayan məkanlardan biri İngiltərə olmuşdur. 18-ci əsrdə, İngiltərədə nəşr olunan qəzetlər və jurnallar karikaturalarla dolu idi. Bu dövrdə karikaturalar vasitəsilə ictimai-siyasi mövzulara toxunulur, hökumət və cəmiyyətin müxtəlif təbəqələri tənqid edilirdi. James Gillray və Thomas Rowlandson kimi məşhur karikaturaçılar öz əsərlərində həmin dövrün siyasətçilərini və sosial problemlərini satirik formada təqdim edirdilər.
Karikaturalar, əsasən, tənqidi və satirik xarakter daşıyır. Onlar cəmiyyətdəki problemləri açıq şəkildə göstərmək, insanları düşündürmək və güldürməklə yanaşı, onları bu problemlərə qarşı mövqe tutmağa çağırır. Bu xüsusiyyətlərinə görə karikatura cəmiyyətin güzgüsü rolunu oynayır, onun çatışmazlıqlarını göz önünə sərir.
Bugünkü dövrdə də karikatura həm ənənəvi, həm də rəqəmsal mediada cəmiyyətin müxtəlif problemlərini satirik formada ifadə etmək üçün geniş istifadə olunur. Müxtəlif mövzulara toxunmaqla, karikaturalar hələ də cəmiyyətin əsas ifadə vasitələrindən biri olaraq qalır.
Karikaturalar vasitəsilə bu mövzuları satirik bir formada oxuculara çatdırmaq, şəhərin problemlərini düşündürücü və eyni zamanda əyləncəli bir tərzdə müzakirə etməyə imkan yaradacaq. Bu yanaşma həm oxucuları maarifləndirəcək, həm də onlarda bir gülüş doğuracaq.
Həftəlik nəşr ediləcək karikaturalar, Bakı qəzetində şəhərlə bağlı redaksiyamıza gələn tənqidlərə əsaslanacaq və oxucuların diqqətini cəlb edəcək. Bu, şəhərimizlə bağlı məsələləri fərqli bir perspektivdən təqdim edərək, həm şəhərimizin sakinlərini maarifləndirəcək, həm də onlarda bu mövzularla bağlı düşünməyə vadar edəcək.